Spark Tələbə İnnovasiya
Proqramına xoş gəlmisiniz!

Spark - Birbank tərəfindən tələbələrin inkişafı üçün həyata keçirilən innovasiya proqramıdır.

Keçid et

Information

Proqramın məqsədi gənc istedadların yaradıcılıq, innovasiya və liderlik bacarıqlarını inkişaf etdirmək, onların peşəkar potensialını ortaya çıxarmağa təşviq etmək və Birbank-da olan innovasiya mühiti ilə tanış edərək gələcək karyera imkanlarına hazırlamaqdır. Həmçinin proqram, əmək bazarında rəqabətədavamlı mütəxəssislərin formalaşdırılmasına xidmət edir.
  • Təlim və inkişaf proqramları
  • Mentorluq
  • Praktiki təcrübə proqramı
  • Geniş şəbəkələşmə imkanları
  • Pul mükafatı qazanmaq şansı

Final mərhələsində qalib gələn komandaları pul mükafatı gözləyir. Belə ki, I yerin qalibi 4000 azn, II yerin qalibi 2000 azn, III yerin qalibi isə 1000 AZN pul mükafatı qazanacaq.

Son müraciət tarixi: 31 oktyabr 2025.

  • Proqramda yalnız universitet üzrə ortalama balı (GPA) 70-in üzərində olan 3 və 4-cü kurs bakalavr, həmçinin magistr tələbələri iştirak edə bilər.
  • Müraciət komanda şəklindədir və hər bir komanda məhsul sahibi, biznes analitik, developer və dizayner rollarını təmsil edən 4 tələbədən ibarət olmalıdır.
    • CV skrininq
    • Case study
    • Müsahibə