Xarici ölkə və xarici saytlarda daha çox keşbek!

17-30 mart tarixlərində (hər iki tarix daxil) Novruz bayramına özəl istənilən növ Birbank Visa kartı ilə xarici ölkələrdə və xarici saytlarda (həmçinin, xarici mobil tətbiqlərdə) ödənişlər etdikdə 2% keşbek qazanacaqsan.
- Müştərilər Birbank Visa kartları ilə istənilən xarici saytda və ya mobil tətbiqdə (Trendyol, Netflix, Bolt və s.) etdikləri ödənişə görə 2% keşbek qazanacaq;
- Müştərilər həmçinin ölkə xaricində olarkən Birbank Visa kartları ilə etdikləri ödənişə görə 2% keşbek qazanacaq;
- Müştərilərin məhsul şərti daxilində (maksimum 500 AZN) kampaniya üzrə qazanacaqları keşbek limitlənməyib;
- Birbank Red/Umico Visa kart sahiblərinin kampaniya daxilində qazanacaqları keşbek onların Birbank tətbiqində Cashback balansına yüklənəcək;
- Birbank Miles Visa kart sahibləri ödəniş etdikləri zaman məbləğ ekvivalentinin 0,5 qat mili qədər əlavə mil hesablanacaq.
Nümunə: Müştəri AZN hesabı olan Birbank Miles kartı ilə Trendyol saytında 100 AZN-lik ödənişdə 150 Mil qazanırdısa, kampaniya çərçivəsində 200 Mil qazanacaq.
Müştəri USD hesab olan Birbank Miles kartı ilə xarici saytda 100 USD dəyərində ödənişdə 170 (1 USD = 1,7 AZN) mil qazanırdısa, kampaniya çərçivəsində əlavə 85 Mil, 170+85=255 Mil qazanacaq.
- Müştəri əlavə keşbek kateqoriyası seçibsə və həmin kateqoriyada xarici ödəniş edirsə, daha yüksək olan keşbek faizi nəzərə alınacaq;
Nümunə: Müştəri bu ay geyim karteqoriyası üzrə 5% əlavə keşbek alırsa, Birbank Visa kartı ilə xarici geyim saytında ödəniş etdiyi halda ona 7% (2%+5%) deyil, 5% keşbek hesablanacaq.