Seçilmiş müştərilər üçün kafe və restoranlarda 20% keşbek kampaniyası

1-18 iyul 2021-ci il tarixləri aralığında (hər iki gün daxil) seçilmiş BirKart sahibləri üçün xüsusi təklifimiz var. Kampaniya çərçivəsində müştərilər istənilən kafe və ya restoranda BirKart taksit kartları ilə etdikləri istənilən əməliyyatda ödədikləri məbləğin 20%-ni keşbek olaraq geri alacaqlar.
Kampaniyadan yararlana biləcək müştərilərin mobil telefon nömrəsinə kampaniya barədə SMS-məlumat göndəriləcək.
Keşbekin hesablanması kart növünə görə aşağıdakı qaydada dəyişir:
- BirKart Taksit – 20% keşbek
- BirKart Cashback – 20% keşbek
- BirKart Umico – 20% Umico bonusu
- BirKart Miles – 13 qat Mil
Qeyd edək ki, bir ədəd BirKart ilə kampaniyadan maksimum 5 dəfə yararlanmaq mümkündür.
Kampaniya şərtləri haqda ətraflı məlumat: https://kbl.az/kfrs20p