Birbank Visa (BirKart Visa) kartları ilə Google Pay™ ödənişi 5 AZN qazandırır

Share:

2022-08-23

Google Pay™ ödənişləri artıq Azərbaycanda da keçərlidir!

Birbank Visa kartları (BirKart Visa) ilə supermarket, yanacaqdoldurma məntəqələri və restoran kateqoriyalarının hər birində minimum 20 AZN dəyərində Google Pay™ ilə ödəniş etdikdə 5 AZN qazanacaqsan.

  • Kampaniya 23 avqust - 23 sentyabr aralığındakı (hər iki tarix daxil) ödənişləri əhatə edir.
  • Kampaniya müddətində bir müştəri cəmi bir dəfə keşbek qazana bilər.
  • Kampaniyadan Visa Birbank debet və taksit kartları, eləcə də Visa BirKart debet və taksit kartları ilə yararlanmaq mümkündür.
  • Müştəri qalib olmaq üçün hər üç əməliyyatı eyni kart ilə etməlidir.
  • Müştəri kampaniya üçün keçərli olan əməliyyatlardan hər hansı birini (və ya bir neçəsini) "reverse" (ödənişin geri qaytarılması) etdikdə keşbek qazanmaq üçün yenidən həmin kateqoriya üzrə minimum 20 AZN dəyərində ödəniş etməlidir.

Qeyd edək ki, Google Pay™ ödənişlərini yalnız NFC texnologiyasını dəstəkləyən Android əməliyyat sistemli cihazlarda etmək mümkündür.

Birbank-la kartın Google Pulqabı-ya əlavə edilməsi: bir.bank/googlepay