Birbank Cashback taksit kartını dostunuza tövsiyə edərək 10 AZN keşbek qazanın

Share:

2023-02-10

Birbank Cashback kartını dostunuza tövsiyə edərək 10 AZN keşbek qazanın!

Bunun üçün:
Birbank-da "Bonuslar" səhifəsindən "Cashback" daha sonra "Dostlarla birlikdə pul qazanın" bölməsinə daxil olaraq dostunuza Birbank Cashback kartı əldə etmək üçün referal kod ilə birlikdə təklif göndərməyiniz kifayətdir.

Dəvət edilən şəxs təklif mətnindəki linkə keçid edərək Birbank-da və ya Birbank-ı yoxdursa www.kapitalbank.az veb səhifəsində Birbank Cashback kartının sifariş səhifəsinə yönləndiriləcəkdir. Müvafiq xanada sizin (dəvət edən şəxsin) referal kodu avtomatik daxil edilmiş olur. Dəvət edilən şəxs Birbank Cashback debet kartı əldə edərək, 3 AZN və yuxarı məbləğdə ilk ödənişini tamamladıqda hər iki tərəf ayrılıqda 3 AZN keşbek, dəvət edilən şəxs Birbank Cashback taksit kartı əldə edərək, 3 AZN və yuxarı məbləğdə ilk ödənişini tamamladıqda isə hər iki tərəf ayrılıqda 10 AZN keşbek qazanır. Qazanılmış keşbeklər tərəflərin Birbank-dakı keşbek hesabına əlavə olunur.


Əlavə məlumatlar:
 

  •  Qəbul edən tərəf referal kodundan yalnız bir dəfə yararlana bilər.
  •  Göndərdiyiniz referal kodundan ay ərzində Birbank Cashback debet və taksitkartının sifarişi üçün ayrılıqda 10 nəfər yararlana bilər.
  •  Birbank Cashback taksit kart sahibi yeni kart sifarişi zamanı referal kodundan yararlana bilməz.
  •  Birbank Cashback debet kart sahibi yalnız Birbank Cashback taksit kart sifarişi zamanı referal koddan yararlana bilər.
  • İlk əməliyyat 3 AZN və yuxarı olduqda keşbek hesablanır.
  • İlk əməliyyat geri qaytarıldıqda keşbeklər hər iki tərəfin balansından silinir və növbəti əməliyyat nəzərə alınır. Növbəti əməliyyat "İlk əməliyyat" kimi qəbul olunur və əməliyyat məbləği 3 AZN və yuxarı olduqda tərəflər yenidən keşbek qazanır.
     

İlk əməliyyat olaraq aşağıdakılar nəzərdə tutulur:

  • Birbank tətbiqi vasitəsilə ödənişlər;
  • Taksitli alışlar;
  • Birdəfəlik alışlar;
  • Onlayn alışlar.

ATM nağdlaşdırmaları, dosta köçürmə, card-to-card əməliyyatları ilk əməliyyat kimi qəbul olunmur.
 
Yalnız qeyd olunan kart sahibləri dostlarına dəvət linki göndərə bilər:
- Birbank Cashback debit
- Birbank Cashback taksit