Birbank debet kartında pul saxla, qalığa illik 6%-dək depozit gəliri qazan

Share:

2023-09-01

Birbank Cashback kartında saxlayacağınız vəsaitə görə illik 6%-dək depozit gəliri qazanacaqsan.

Depozit gəliri kartınızda azı 500 AZN-ə bərabər (və ya 500 AZN ekvivalentinə bərabər)  və daha çox olduqda hesablanmağa başlayır. Depozit gəliri kartınızda qalan məbləğə uyğun hər gün hesablanır və növbəti ayın ilk 5 iş günü ərzində Birbank tətbiqində keşbek hesabına (Keşbek bonus balansına) köçürülür.

Qalığın hesablanma faizi kartın valyutasına görə aşağıdakı kimi dəyişir:

  • AZN valyutalı kart üçün - illik 6 %, aylıq maksimum 10 AZN;
  • USD valyutalı kart üçün - illik 0.1%, aylıq maksimum 10 AZN ekvivalentində;
  • EUR valyutalı kart üçün - illik 0.1%, aylıq maksimum 10 AZN ekvivalentində.