Birbank debet kartında pul saxla, qalığa illik 6%-dək depozit gəliri qazan

Birbank Cashback kartında saxlayacağınız vəsaitə görə illik 6%-dək depozit gəliri qazanacaqsan.
Depozit gəliri kartınızda azı 500 AZN-ə bərabər (və ya 500 AZN ekvivalentinə bərabər) və daha çox olduqda hesablanmağa başlayır. Depozit gəliri kartınızda qalan məbləğə uyğun hər gün hesablanır və növbəti ayın ilk 5 iş günü ərzində Birbank tətbiqində keşbek hesabına (Keşbek bonus balansına) köçürülür.
Qalığın hesablanma faizi kartın valyutasına görə aşağıdakı kimi dəyişir:
- AZN valyutalı kart üçün - illik 6 %, aylıq maksimum 10 AZN;
- USD valyutalı kart üçün - illik 0.1%, aylıq maksimum 10 AZN ekvivalentində;
- EUR valyutalı kart üçün - illik 0.1%, aylıq maksimum 10 AZN ekvivalentində.