Bank haqqında
Bank haqqında
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Strateji baxışımız
Daha dayanıqlı gələcəyi təmin edən və qabaqсıl dünya trendlərini özündə cəmləşdirən, hər kəsin bir nömrəli maliyyə tərəfdaşına çevrilməkdir.
Missiyamız
Həyatınızın hər bir dönəmində şəffaf maliyyə tərəfdaşlığımızla ölkəmizin sosial-iqtisadi rifah halını birlikdə yüksəltməkdir.
Dəyərlərimiz
Dürüstlük – Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir. Ən bəsit səviyyədə bu, fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük hətta çətinliklərlə üz-üzə qaldıqda belə şirkətin davranış qaydalarına sadiq qalmaq deməkdir. Bu, heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək deməkdir. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.
Gəlirlilik – Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan hər bir manatla yanaşı qənaət edilən hər bir manat dəyər gətirir. Eyni zamanda, qısamüddətli biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq. Bu isə öz növbəsində hədəf verdiyimiz hər bir strateji qərara stimul verir.
Sahibkarlıq ruhu – Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa – digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.
Keyfiyyət – Ətrafdakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik – optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.
Əməkdaşlıq – Biz departamentlər, biznes bölmələri və ölkələr boyunca vahid komanda şəklində işləyərkən fenomenal nəticələrə nail oluruq. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Bu sinerjilərin təsiri fərdi surətdə qoyulan istənilən töhfədən dəfələrlə böyükdür. Əməkdaşlıq sağlam iş mühiti yaradır və daha yüksək səmərəliliyə gətirib çıxarır. O, problemlərin həllini sürətləndirir və innovasiyaya yol açır. Etimad və hörmət əməkdaşlıqla bəslənir.
Strateji hədəflər
• Pərakəndə bank məhsulları və xidmətləri bazarında liderliyi qorumaq;
• İri dövlət layihələri çərçivəsində daha geniş əməkdaşlıqlar qurmaq;
• KOS və mikro sahibkarlıq üzrə bank məhsulları və xidmətləri bazarında müştərilər üçün əsas bank olmaq;
• Ölkənin ilk rəqəmsal bankı — Birbank timsalında rəqəmsal bankçılıq və ödənişlər sahəsi üzrə liderliyini qorumaq, həmçinin sahib olduğu böyük maliyyə ekosistemini inkişaf etdirmək;
• Peşəkar kadrları cəlb edərək ölkənin ən yaxşı işəgötürən qurumu kimi tanınmaq.
Səhmdarlarımız
“Kapital Bank” ASC-nin səhmlərinin 81.08%-i “Paşa Holdinq” MMC-yə, 7,52 %-i “Paşa Sığorta” ASC-yə, qalan 11,40%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalının miqdarı 265 849 999.85 AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.
Müştəri məmnuniyyəti strategiyamız
Müştəri məmnuniyyəti strategiyamız ilə tanış olmaq üçün linkə keçid edin.
Müşahidə şurasının üzvləri

Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Əməyin iqtisadiyyatı və sosiologiyası fakultəsi
Karyera:
"Paşa Bank" ASC-də İdarə Heyəti sədrinin müavini : 10.2007 - 06.2013
"Kapital Bank" ASC-də İdarə Heyətinin sədri : 06.2013 - 05.2023
"Kapital Bank" ASC-də Müşahidə Şurasının Sədri : 05.2023 - hal-hazıradək

Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakultəsi
Ali Diplomatiya Kollecinin Beynəlxalq münasibətlər fakultəsi
Warwick Business School-un Biznesin idarəedilməsi fakultəsi
Karyera:
”Unibank” ASC-İcraçı direktor/İdarə Heyəti sədrinin müavini : 14.05.2013-01.11.2013
”Unibank” ASC-İcraçı direktor : 01.11.2013-01.05.2015
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin Banklar qrupunun rəhbəri : 01.05.2015-17.10.2016
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun I müavini : 17.10.2016-01.01.2020
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş icraçı direktoru : 01.01.2020-hal-hazıradək

Təhsil:
Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakultəsi
Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Azərbaycanda siyasi proseslər fakultəsi
İnstituto de Empresa-ın Biznesin idarəedilməsi fakultəsi
Karyera:
.“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin I müavini : 11.06.2013-16.02.2017
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin Biznes Qrupu üzrə direktor / İcraçı direktorun müavini : 17.02.2017 - hal-hazıradək
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin (yenidənhazırlanma) Beynəlxalq iqtisadi münasibətlər fakultəsi
Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Avtomatika və telemexanika fakultəsi
Karyera:
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətində baş müşavir : 31.03.2009 - hal-hazıradək

Təhsil:
M. Lomonosov adına Moskva Dövlət Universitetunun Roman-german filologiyası fakultəsi
Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsi
Filologiya elmləri namizədi
Karyera:
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətində baş müşavir : 31.03.2009 - hal-hazıradək
İdarə heyətinin üzvləri

Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi (bakalavr)
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi (magistratura)
Fəlsəfə doktoru
Karyera:
"Bank of Baku" ASC-də İdarə Heyətinin sədri : 02.2013 - 05.2015
"Kapital Bank" ASC-də İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat inzibatçısı : 06.2015 - 02.2017
"Kapital Bank" ASC-də İdarə Heyəti sədrinin I müavini : 02.2017 - 05.2023
İdarə Heyətinin Sədri : 05.2023 - hal-hazıradək

Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi (bakalavr)
Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi (magistratura)
Karyera:
"Kapital Bank" ASC-də direktor : 04.2014 - 01.2016
"Kapital Bank" ASC-də Baş Risk İnzibatçısı : 01.2016 - hal-hazıradək

Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi (bakalavr)
Xəzər Universitetinin Maliyyə-kredit fakültəsi (magistratura)
Karyera:
"Kapital Bank" ASC-də direktor : 12.2013 - 01.2016
"Kapital Bank" ASC-də Baş Maliyyə İnzibatçısı : 01.2016 - hal-hazıradək

Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi (bakalavr)
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi (magistratura)
Karyera:
“PAŞA Bank” ASC-də şöbə rəhbəri : 2013-cü ilədək
“Kapital Bank” ASC-də Direktor : 07.2013 - 05.2018
“Kapital Bank” ASC-də Baş Korporativ Satış İnzibatçısı : 05.2018 - 11.2019
“Kapital Bank” ASC-də Baş Direktor : 11.2019 - 05.2023
“Kapital Bank” ASC-nin İdarə Heyətinin Üzvü, Baş Korporativ Satış İnzibatçısı : 05.2023 - hal-hazıradək
Yenilənib: 25.05.2023