
Yığım hesabı
Pulunu Birbank-la yığ, istəyəndə götür və faiz gəlirlərini itirmə!
- AZN faiz dərəcəsi illik 7%
- USD faiz dərəcəsi illik 2.5%
- Minimum məbləğ 0 AZN/USD
- Müddət Sərbəst
Faydalıdır
Yığım hesabı çevik və rahat əmanət məhsuludur.
Bu hesab vasitəsilə istədiyin məbləğdə vəsaiti istədiyin vaxt yerləşdirə bilərsən. Əmanətin yerləşdirdiyin tarixdən etibarən gündəlik faiz qazandırır. Vəsaitləri istənilən vaxt faiz gəlirləri ilə birlikdə çıxarmaq mümkündür.
FAQ
1 Şərtlər və faizlər necədir?
- AZN hesabında illik 7%, USD hesabında isə illik 2.5% olmaqla faiz gəlirləri gündəlik hesablanır və hesaba əlavə edilir. Pul hesabda qaldıqca hər gün faiz qazanırsan. Üstəlik qazandığın faiz gəlirlərinin üzərinə də faiz hesablanır. Əmanətin avtomatik olaraq hər 12 ayda bir yenilənir.
2 Yığım hesabını necə aça bilərəm?
- Birbank tətbiqi və ya filialda Yığım hesabı açmaq mümkündür. Birbank tətbiqi ilə istənilən vaxt, istənilən kartdan və ya hesabdan məbləği artırmaq olur. Həmçinin tətbiqdən qazancı izləmək imkanına sahibsən.
3 Pulu çıxardıqda qazandığım gəlirlər sıfırlanırmı?
- İstədiyin zaman hesabdan pulunu rahatlıqla çıxara bilərsən. Bu zaman faiz gəlirlərini itirmir və əmanətini qazandığın faiz gəlirləri ilə birlikdə əldə edirsən.
- AR Vergi Məcəlləsinə əsasən, illik faiz gəlirlərinin məbləği 200 AZN-dən yüksək olduqda, həmin məbləğdən 10% vergi tutulur.
4 Minimum nə qədər əmanət yatırmaq lazımdır?
- Minimum məbləğ tələbi yoxdur. 0 AZN/USD ilə də hesab aça bilərsən. Bütün məbləği çıxardıqda belə, hesabın sıfır balansla aktiv qalacaq.
5 Yaş məhdudiyyəti varmı?
- 18 yaşdan yuxarı hər kəs Yığım hesabından faydalana bilər.






Birbank-da yığım hesabını necə aça bilərsən?
- 1
Əsas səhifədə "Əmanətlər" hissəsinə keç
- 2
Buradakı "Yığım hesabı" bölməsində "Daha ətraflı" düyməsinə sıx
- 3
"Yığım hesabını aç" düyməsinə kliklə
- 4
Valyuta seçimini et
- 5
Sənədləri imzala
- 6
Yığım hesabın hazırdır. İstədiyin məbləği əlavə et və pulunu yüksək faizlə yığmağa başla!