
Əmanət təminatlı kredit
Kapital Bankda “VİP depozit”, “Kapital depoziti” və “Müddətli Seçim Depoziti” üzrə depozit yerləşdirmiş müştərilərin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində min. 500 AZN/USD olmaqla nağd kredit və ya kartla kredit xətti verilə bilər.
- KREDİTİN MİNİMAL MƏBLƏĞİ “VİP depozit” üzrə: 5000 AZN/USD/EUR; “Kapital depoziti” və “Müddətli Seçim Depoziti” üzrə: 500 AZN/USD/EUR
- KREDİTİN MAKSİMAL MƏBLƏĞİ Əmanət məbləğinin maksimum 80%-i
- KREDİTİN MÜDDƏTİ Əmanət müddətinin bitmə tarixindən əvvəlki iş gününə kimi
- İLLİK FAİZ DƏRƏCƏSİ AZN əmanətlər üzrə: +5%; USD və EUR əmanətlər üzrə: +4%
Məlumatlar
Əmanət təminatlı kredit
Əmanət təminatlı kredit sizə daha aşağı faiz dərəcəli kredit əldə etmək imkanı verir. Kapital Bankda ""VİP"", ""Kapital"" və ""Müddətli Seçim"" depozitə malik olan müştərilər depozitin 80% - i qədərində nağd kredit əldə edə bilərlər. Bu kredit növü sizə aşağı faiz, yüksək kredit məbləği və uzunmüddətli ödəniş imkanı verir.
Kredit məbləği depozit növünə görə müxtəlifdir. "VİP" depozitə malik müştərilər üçün kredit məbləği 5000 AZN/USD/EUR nəzərdə tutulmuşdur. "Kapital " və "Müddətli Seçim" depozitləri üzrə isə 500 AZN/USD/EUR məbləğindədir.
Kreditin son ödəniş müddəti banka qoyduğunuz depozitin bitmə tarixindən əvvəlki iş günü olaraq nəzərdə tutulmuşdur.
Əmanət təminatlı kreditlər üçün illik faiz dərəcəsi milli valyuta ilə qoyulan depozitlər üçün 5%, xarici valyuta ödənişləri üçün isə illik 4%-dir.
Əmanət təminatlı krediti əldə etmək üçün tək şəxsiyyət vəsiqəsiylə banka yaxınlaşmağınız kifayətdir, hərbiçilərdən isə əlavə olaraq hərbi bilet tələb olunur. Xarici vətəndaş şəxsiyyəti təsdiq edən sənəd gətirməklə kredit üçün müraciəti edə bilərlər.
Krediti əldə etmək üçün tələb müştərinin 18 yaşdan yuxarı olması və Kapital Bankda "VİP", "Kapital" və "Müddətli Seçim" depozitinə malik olmasıdı vacibdir. Kredit əldə etmək üçün iş yeri və qeydiyyat tələbi yoxdur. Kreditə müraciət etmək üçün online sifariş formasını doldurmağınız kifayətdir.
Əmanət təminatlı kreditlər daha az risk daşıdıqları üçün aşağı faiz dərəcələriylə müştərilərə təqdim olunur. Bu kredit məhsulu sizə aşağı faiz dərəcələri, daha yüksək borc limitləri eyni zamanda uzun ödəniş müddətləri təqdim edir. Beləki, kreditin son ödəniş tarixi banka yerləşdirdiyiniz depozitin müddətinin bitiş vaxtı ilə məhdudlaşdırılır. Əmanət təminatlı krediti əldə etmək üçün bank tərəfindən tələb olunan tək sənəd şəxsiyyət vəsiqəsidir. Depozit yerləşdirmiş bank müştəriləri üçün nəzərdə tutulan, kredit müddəti əmanət müddətinin bitmə tarixi ilə məhdudlanmış məhsul vasitəsiylə kredit pul götürmək üçün onlayn sifariş formasını doldurmağınız kifayətdir.