Kibertəhlükəsizliyiniz önəmlidir
Kiberhücumlardan necə qorunmalı?
Məlumat məxfiliyi
- Heç bir halda fərdi və bank məlumatlarınızı etibarsız mənbələr və ya üçüncü şəxslərlə paylaşmayın.
- Bankla əlaqə saxlayarkən məxfi məlumatları yalnız rəsmi kanallardan, məsələn, bankın rəsmi saytı və ya mobil tətbiqi üzərindən bölüşün.
- Fərdi məlumatları bankla paylaşarkən dəqiq və aktual olmasına diqqət edin. Zərurət yarandıqda müntəzəm şəkildə yeniləyin.
Sosial mediadan istifadə zamanı informasiya təhlükəsizliyi
- Sosial media kanallarından istifadə zamanı fərdi və ya bank məlumatların heç bir halda paylaşmayaq.
- Sosial media hesabları üçün güclü və unikal şifrələrdən istifadə edək. Eyni şifrəni bir neçə hesabda istifadə etməməyə çalışaq.
- Sosial media hesablarında yayılan şübhəli linklərə klikləməkdən çəkinək. Bu linklər ehtimal ki, kiberdələduzluq hücumları ilə bağlıdır.
Elektron ödənişlər zamanı informasiya təhlükəsizliyi
- Elektron ödəniş saytlarına daxil olarkən həmin saytın SSL/TLS sertifikatı ilə qorunduğunu (adres çubuğunda https:// və ya kilid işarəsi) mütləq yoxlayaq.
- Əlavə təhlükəsizlik üçün iki faktorlu təsdiqləmə (2FA) üsullarından istifadə edək.
- Elektron ödəniş hesablarında şübhəli fəaliyyətlər aşkar etdikdə banka bu barədə dərhal məlumat verək.
Sosial mühəndislikdən qorunma üsulları
- Tanımadığımız şəxslərdən gələn zənglərə və mesajlara ehtiyatla yanaşaq və heç bir halda fərdi məlumatlarımızı bölüşməyək.
- Şübhəli məlumat tələblərinə cavab vermədən əvvəl həmin şəxsin həqiqətən də bank nümayəndəsi olduğunu dəqiqləşdirək.
- Sosial mühəndislik hücumları barədə maariflənməli və bu tip hücumların əlamətləri barədə məlumatlı olmaq hər bir halda üstünlükdür.
- Bank hesablarını daimi olaraq yoxlayıb hər hansı şübhəli fəaliyyət aşkar etdikdə dərhal bankla əlaqə saxlamaq lazımdır.
- Son olaraq isə yalnız rəsmi bank tətbiqləri və ödəniş sistemlərindən istifadə etmək tövsiyə olunur.