Kartlar üzrə xidmətlər

PIN Set (Yeni PIN kodun təyin edilməsi)

Bu təlimat aşağıda qeyd olunan hallarda istifadə oluna bilər:

Kartınızı filialdan PIN zərf olmadan təhvil almısınızsa

Kartın PIN kodunu unutmusunuzsa və ya itirmisinizsə

PIN kodun təyin edilməsi:

Kartınızı bankomata daxil edin;

Bankomatın sağ aşağı küncündə PIN SET düyməsini sıxın;

“PIN kodun təyin edilməsi” düyməsini sıxın;

Ekranda görünən boşluğa istədiyiniz 4 rəqəmi daxil edərək kartınıza yeni PIN kod seçə bilərsiniz;

Daxil etdiyiniz PIN kodu təkrar olaraq qeyd edin;

Əməliyyat uğurla tamamlanmışdır.

Beləliklə, Siz PIN kodunuzu təyin etdiniz.

PIN Change

Bu xidmət, Sizin ödəniş kartınızın mövcud PIN kodunu Kapital Banka məxsus bankomatlar vasitəsilə istədiyiniz kod ilə əvəz etməyə imkan yaradır. Kapital Bankın bütün növ ödəniş kart istifadəçiləri bu xidmətdən yararlana bilər.

Bilmək məsləhətdir

PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin

Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin;

Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng edin.

Bu xidmət, Sizin ödəniş kartınızın mövcud PIN kodunu Kapital Banka məxsus bankomatlar vasitəsilə istədiyiniz kod ilə əvəz etməyə imkan yaradır. Kapital Bankın bütün növ ödəniş kart istifadəçiləri bu xidmətdən yararlana bilər.

PIN kodun dəyişdirilmə qaydası

Kartınızı bankomata daxil edin;

Mövcud PIN kodunuzu daxil edin;

Bankomatın menyusunda “ÖDƏMƏLƏR” əməliyyatını seçin;

Açılan pəncərədə “XİDMƏTLƏR” əməliyyatını seçin;

Yeni 4 rəqəmli PIN kodunuzu daxil edin və “ENTER” düyməsini basın;

Yeni PIN kodunuzu təkrar daxil edin və yenidən “ENTER” düyməsini basın.