Birbank kartı ilə nağdlaşdırma ilə bağlı məlumat

Share:

2024-01-12

Dəyərli Birbanklı, Kapital Bank olduqca geniş bankomat şəbəkəsi ilə sizə hər zaman yaxındır. Sayı 1000-dən çox olan bankomatlarımızda 

  • Ay ərzində kartınızdakı şəxsi vəsaitinizdən ümumilikdə 5000 AZN-dək məbləğin Kapital Bank bankomatlarında nağdlaşdırılması və bütün yerli bank kartlarına köçürülməsi pulsuzdur. Bu əməliyyatlar kartınızın kredit xəttindən aparıldıqda isə kredit şərtlərinə uyğun olaraq 1,5% (min. 1 AZN) komissiya tutulacaq.
  • Şəxsi vəsaitdən nağdlaşdırdığınız və köçürdüyünüz məbləğin cəmi ay ərzində 5000 AZN-dən artıq olduqda isə 0,5% (min. 1 AZN/USD/EUR) komissiya hesablanacaq.
  • Yerli bank kartlarına pulsuz köçürməni Birbank tətbiqindən və Kapital Bank bankomatlarından edə bilərsiniz. Ölkə daxilində digər banklara məxsus bankomatlarda nağdlaşdırma etdikdə məbləğdən asılı olmayaraq 2 AZN komissiya tutulacaq.
     

Sizə ən yaxın bankomatlarımızı görmək üçün “Ətraflı” düyməsini klikləyin.