Sənə özəl 2 qat bonus!

Share:

2022-10-25

Birbank debet kartında (BirKart) birdəfəlik ödənişlərdə qazandığın minimum keşbek (və ya Mil, Umico bonusu) məbləğini 2 dəfə artırdıq!

Seçilmiş BirKart Cashback Debet, BirKart ƏDV Debet, Birbank Cashback Debet kartları 1.5% keşbek əvəzinə 3% keşbek, BirKart Umico Debet, BirKart Umico Premium Debet kartlarına 1.5%-ə qədər olan bonuslar zamanı 2 qat bonus, BirKart Miles Debet kartlarına isə 2 qat mil təqdim ediləcək.

Kampaniya 25 oktyabr - 25 noyabr 2022-ci il (hər iki tarix daxil) tarixlərində keçərlidir.


Kampaniya şərtləri:

  • Seçilmiş müştərilər kampaniya müddətində 2 qat bonus təklifindən yararlanacaq.
  • Müştərilər kampaniya müddətində extra keşbek (mil və ya Umico Bonusu) olan partnyorlarda alış-veriş edərsə bu halda partnyorun təqdim etdiyi keşbeki əldə edəcək. Əlavə keşbek təqdim edilməyəcək.
  • Əlavə keşbek seçimlərini edən Birbank Cashback kartı sahibləri seçdiyi kateqoriyadan əldə etdiyi keşbekə əlavə keşbek qazanmayacaq.
  • Birbank (BirKart) Miles, Birbank (BirKart) Umico Debet, Birbank (BirKart) Umico Premium Debet kartlarında Birbank mobil tətbiqində ödənişləri zamanı müvafiq olaraq mil və Umico Bonusu təqdim edilən əməliyyatlar üçün 2 qat bonus təqdim ediləcək.
  • BirKart Cashback Debet, BirKart ƏDV Debet, Birbank Cashback Debet Birbank mobil tətbiqində ödənişləri zamanı 2 qat bonus təqdim edilməyəcək.
  • Kampaniyada ancaq eyniləşdirilmiş Birbank Debet kartları iştirak edir. Taksit kartları kampaniyada iştirak etmir.
  • Müştərilər kampaniya seqmentində olması barədə məlumatı SMS, PUSH və e-mail ilə əldə edəcək.
  • Müştəri kampaniyadan qazanacağı maksimal keşbek məbləği 500 AZN-dir (aylıq keşbek məbləğinə uyğun olaraq). Miles və Umico kartları ilə bağlı maksimal mil və ya Umico bonusu limiti yoxdur.

Nümunələr:

  • Müştəri Birbank Cashback debet kartı ilə Zara-da 200 AZN-lik əməliyyat edərsə, 3 AZN yox, 6 AZN qazanacaq. Yəni 1.5% keşbek əvəzinə 3% keşbek qazanacaq.
  • Müştəri Birbank Miles (BirKart Miles) kartı ilə Zara-da 100 AZN-lik əməliyyat edərsə, 100 mil yox, 200 mil qazanacaq. Yəni 1 qat mil əvəzinə 2 qat mil qazanacaq.
  • Müştəri Birbank Umico (BirKart Umico) kartı ilə Zara-da 100 AZN-lik əməliyyat edərsə, qazanacağı Umico bonusunun 2 qatını qazanacaq. Yəni müştəri 0.9% Umico bonusu qazanmalı idisə, kampaniya şərtlərinə görə 1.8% qazanacaq. 1.5% qazanmalı idisə, 3% qazanacaq.