Birbank Cashback Mastercard® ilə Bravo-da əlavə 5% keşbek!

Share:

2023-07-06

31 avqustadək Birbank Cashback Mastercard® kartları ilə Bravo marketlərdə alış-veriş edin və əlavə 5% keşbek qazanın.

Şərtlər:

  • Kampaniya 7 iyul – 31 avqust (hər iki tarix daxil) tarixlərində keçərlidir;
  • Keşbek qazanmaq üçün müştəri debet və ya taksit növ Birbank Cashback Mastercard® ilə Bravo marketlərdə alış-veriş etməlidir;
  • Qazanılmış keşbek müştərinin standart qazanacağı keşbekə əlavə olaraq hesablanacaq;
  • Keşbek qazanmaq üçün minimal və ya maksimal əməliyyat məbləği limiti yoxdur;
  • Maksimal keşbek məbləği aylıq keşbek məbləği ilə tənzimlənəcək.

Nümunə 1:
Birbank Cashback Mastercard® müştərisi:

  • “Əlavə keşbek” kateqoriyasında “Marketlər” seçib və Birbank Cashback Mastercard® ilə Bravo marketdə əməliyyat edib

Bu halda müştəri aşağıdakı keşbekləri qazanacaq:

  • “Əlavə keşbek” kateqoriyasının keşbek faizi və Birbank Cashback Mastercard® ilə Bravo marketdə əməliyyat etdiyi üçün kampaniyanın əlavə 5% keşbeki.

Nümunə 2
Birbank Cashback Mastercard® müştərisi

  • “Əlavə keşbek” kateqoriyasında “Marketlər” seçməyib və Birbank Cashback Mastercard® ilə Bravo marketdə əməliyyat edib

Bu halda müştəri aşağıdakı keşbekləri qazanacaq:

  • Birbank Cashback Mastercard® ilə birdəfəlik ödəniş etdiyi üçün standart 1.5% keşbek və ödənişin Bravo marketdə edildiyinə görə kampaniyanın əlavə 5% keşbeki.