Birbank Cashback Mastercard® ilə Bravo-da əlavə 5% keşbek!

31 avqustadək Birbank Cashback Mastercard® kartları ilə Bravo marketlərdə alış-veriş edin və əlavə 5% keşbek qazanın.
Şərtlər:
- Kampaniya 7 iyul – 31 avqust (hər iki tarix daxil) tarixlərində keçərlidir;
- Keşbek qazanmaq üçün müştəri debet və ya taksit növ Birbank Cashback Mastercard® ilə Bravo marketlərdə alış-veriş etməlidir;
- Qazanılmış keşbek müştərinin standart qazanacağı keşbekə əlavə olaraq hesablanacaq;
- Keşbek qazanmaq üçün minimal və ya maksimal əməliyyat məbləği limiti yoxdur;
- Maksimal keşbek məbləği aylıq keşbek məbləği ilə tənzimlənəcək.
Nümunə 1:
Birbank Cashback Mastercard® müştərisi:
- “Əlavə keşbek” kateqoriyasında “Marketlər” seçib və Birbank Cashback Mastercard® ilə Bravo marketdə əməliyyat edib
Bu halda müştəri aşağıdakı keşbekləri qazanacaq:
- “Əlavə keşbek” kateqoriyasının keşbek faizi və Birbank Cashback Mastercard® ilə Bravo marketdə əməliyyat etdiyi üçün kampaniyanın əlavə 5% keşbeki.
Nümunə 2
Birbank Cashback Mastercard® müştərisi
- “Əlavə keşbek” kateqoriyasında “Marketlər” seçməyib və Birbank Cashback Mastercard® ilə Bravo marketdə əməliyyat edib
Bu halda müştəri aşağıdakı keşbekləri qazanacaq:
- Birbank Cashback Mastercard® ilə birdəfəlik ödəniş etdiyi üçün standart 1.5% keşbek və ödənişin Bravo marketdə edildiyinə görə kampaniyanın əlavə 5% keşbeki.