QR ödənişlərlə 2 qat ƏDV-ni dərhal qazanın


Birbank Cashback taksit və Birbank Star kartları ilə günlük ödənişlər 2 qat ƏDV qazandırır. İndi siz birdəfəlik ödənişlərinizdən 2 qat ƏDV-ni 30 gün gözləmədən, dərhal qazana bilərsiniz. Bunun üçün ödənişlərinizi Birbank QR-ı ilə etməyiniz kifayətdir.

Aşağıdakı addımları tamamlayaraq 2 qat ƏDV-ni dərhal qazanmaq mümkündür:
1. Kassirə ödənişi QR-kod ilə edəcəyinizi bildirin.
2. Birbank tətbiqində əsas ekranın aşağı hissəsində yerləşən “QR” bölməsinə daxil olun.
3. Ödəniş üçün Birbank Cashback taksit, Birbank Star kartını seçin.
4. QR-kodu skan edərək, ödənişi tamamlayın.
5. Ödəniş çekini Birbank tətbiqində skan edin.

ƏDV məbləğinin dərhal hesablanmasında qeyd olunanlar nəzərə alınmalıdır:
1. Gün ərzində yalnız 10 çekə şamil olunur.
2. Ay ərzində yalnız 50 çekə şamil olunur.
3. Ödəniş məbləği 200 ₼-dək olan çeklərə şamil olunur.
Qeyd olunan limitləri keçməyən çeklər üzrə həm standart ƏDV, həm də 2-ci qat ƏDV məbləği dərhal hesablanır. Limitləri keçən çeklər üçün isə ƏDV məbləğləri alış-verişdən 1 ay sonra balansınıza əlavə olunur. Hazırda QR-kod ilə yalnız birdəfəlik ödənişlər etmək mümkündür. 

Geri qaytarılan 2 qat ƏDV məbləğindəki 2-ci qat üçün aylıq maksimum limit 20 ₼-dir. Limit yalnız 2 qat ƏDV üçün nəzərdə tutulub. “ƏDV Geri Al” şərtlərinə uyğun olaraq adi ƏDV məbləğini isə heç bir limit olmadan almağa davam edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, 1 may 2025-ci ildən etibarən Birbank Cashback taksit və Birbank Star kartları ilə yalnız QR ödənişlərdə 2 qat ƏDV hesablanacaq. Ödənişlərinizi QR ilə edin, 2 qat ƏDV-ni dərhal qazanın.