ƏDV geri al balansınızdan Visa Digital Card-a köçürmə edin, əlavə məbləğ qazanın.

Share:

2021-07-12

Visa şirkəti ilə birgə keçirilən kampaniya şərtlərinə əsasən, müştərilər ƏDV geri al balansından Visa Digital Card-a 10 AZN və ya üzəri məbləğdə köçürmə etdikdə əlavə 2 AZN qazanacaqlar.

Əlavə məbləğ müştərinin balansına köçürülmə olduqdan sonra bir neçə dəqiqə ərzində əlavə ediləcək.

Kampaniyadan bir “ƏDV geri al” hesabı ilə (FİN üzrə) yalnız bir dəfə yararlanmaq mümkündür. Həmçinin bir “Digital Card” hesabı ilə də yalnız bir dəfə əlavə məbləğ qazanmaq mümkündür.

Qazanılmış əlavə məbləğ müştərinin Digital Card balansına əlavə olunacaq və istənilən əməliyyatda istifadə edilə biləcək.

Qeyd edək ki, kampaniya ilk 20 000 nəfər 2 AZN qazananadək davam edəcək.

 

Əgər BirBank-da ödənişsiz olaraq Digital Card-ı hələ də aktivləşdirməmisinizsə, bu linkdə aktivləşdirilmə qaydasına baxıb asanlıqla Digital Card sahibi ola bilərsiniz: kbl.az/htidc