Phishing-skimming (dələduzluq)

Phishing-Skimming xidmətindən faydalanaraq bank kartı üzrə meydana çıxa biləcək dələduzluq hallarından özünüzü sığortalayın.

  • Sığorta məbləği Hadisə üzrə 500
  • Azadolma məbləği 10%, lakin minimum 50 AZN
  • Təminat ərazisi Bütün dünya

Məlumatlar

  • Skimminq dedikdə cinayətkarların ödəniş terminalına daxil edilən kartın maqnit lentində əks olunan məlumatları qanunsuz kart oxuyucusu (skimmer) vasitəsi ilə oxuması və qanunsuz olaraq pul çıxarması və ya ödənişlər etməsi nəzərdə tutulur. 
  • Təminat altına alınan əsas risklər: Fişinq hücumları və skimming nəticəsində itirilən məbləğ 
  • Sığorta məbləği: Hadisə üzrə 500.    
  • Azadolma məbləği: 10%, lakin minimum 50 AZN
  • Təminat ərazisi: Bütün dünya
  • Sığorta haqqı: Kredit kart limitin 0,3% həcmində (xidmət haqqı kartdan ilkin istifadə zamanı avtomatik olaraq tutulur).

Fişinq dedikdə hakerin kart sahiblərini müxtəlif yollarla (elektron poçt və ya SMS göndərməklə) saxta saytlara və ya digər resurslara yönəltməklə kart istifadəçilərinin fərdi məlumatlarının oğurlaması başa düşülür. Skimminq dedikdə cinayətkarların ödəniş terminalına daxil edilən kartın maqnit lentində əks olunan məlumatları qanunsuz kart oxuyucusu (skimmer) vasitəsi ilə oxuması və qanunsuz olaraq pul çıxarması və ya ödənişlər etməsi nəzərdə tutulur. Kapital Bankın təklif etdiyi Phishing-skimming xidməti fişinq hücumları və skimming nəticəsində itirilən məbləğ üzrə risklərin təminat altına alınmasına imkan verir. BirKart Red, Birkart Black, BirKart Umico, BirKart Miles taksit kartı sahiblərinin faydalana biləcəyi xidmətiin etibarlılıq müddəti kartdan istifadə zamanı qüvvəyə minir və 1 il müddətində etibarlı sayılır. Hadisə üzrə sığorta məbləği 500 AZN təyin edilmişdir. Sığorta ödənişi hər bir kart üzrə maksimum iki insident üçün ödənilə bilər. Bank kartları vasitəsilə aparılan əməliyyatlar zamanı baş verə biləcək əməliyyat riskinin azaldılması, kart itirildikdə potensial itkilərin minimal həddə endirilməsi və kartda mövcud olan pul vəsaitinin təhlükəsizliyinin təmin olunması məqsədilə Kapital Bank tərəfindən ödəniş kartlarının istifadəsinə dair baza limitləri tətbiq edilir. Baza limitlər çərçivəsində dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkiləri Bank tərəfindən sığortalanır. İnternet şəbəkəsində təhlükəsiz alış-veriş mühitinin yaradılmasına dair Bank tərəfindən plastik kartlar “3D Secure” xidmətinə qoşulur. Müştərinin istəyinə əsasən qoşulan servis deaktiv olunarsa, ödəniş kartı ilə internetdə aparılmış dələduzluq əməliyyatları nəticəsində kart sahibinə dəymiş zərər Bank tərəfindən sığortalanmır. Ödəniş kartının fiziki olaraq oğurluğu və ya itməsi nəticəsində dəymiş maliyyə itkiləri sığortalanmır.