İşsizlik sığortası (Unemployment)

Gündəlik Tələbat krediti və taksit kartı sahiblərinin müraciət edə biləcəyi İşsizlik sığortası məhsulu məşğulluğun itirilməsi halında kredit öhdəliklərinizi qarşılanması təminatını verir.

  • Sığortalı Gündəlik Tələbat krediti və kredit kart sahibləri
  • Sığorta məbləği Müştərinin Bank qarşısında borcu olduğu halda, maksimum 5 ay olmaqla aylıq kredit kartı borcunun 10%-ı həcmində

Məlumatlar

  • Sığortalı: Gündəlik Tələbat krediti və kredit kart sahibləri 
  • Faydalanan Şəxs: Kapital Bank ASC
  • Risklər
    • Aşağıda göstərilən səbəblər nəticəsində Sığortalı tərəfindən məşğulluğun itirilməsi:
    • Müəssisənin ləğv edilməsi;
    • İş yerlərinin azaldılması və ya ştat vahidlərinin ixtisarı;
  • Təminat altına alınan əsas sığorta risklər: Sığorta müddəti ərzində yuxarıda göstərilən risklər nəticəsində Sığortalı tərəfindən məşğulluğun itirilməsi tarixindən etibarən Sığortalının Faydalanan şəxsin qarşısında kredit öhdəliyinin qarşılanması
  • Sığorta məbləği: Müştərinin Bank qarşısında borcu olduğu halda, maksimum 5 ay olmaqla aylıq kredit kartı borcunun 10%-ı həcmində

Müəssisənin ləğv edilməsi və ya iş yerlərinin azaldılması ştat vahidlərinin ixtisarı səbəbiylə məşğulluğun itirilməsi halında işsizlik sığortasından faydalana bilərsiniz. Sığorta çərçivəsində sığorta müddəti ərzində risklər nəticəsində məşğulluğun itirilməsi tarixindən etibarən bank tərəfindən sığortlının kredit öhdəliyinin qarşılanması təminat altına alınır. Sığortadan faydalanamaq üçün Kapital Bankın təqdim etdiyi gündəlik tələbat krediti və ya taksit kart sahibləri müraciət edə bilər. Taksit kartları üzrə sığorta şəhadətnaməsi kartdan ilkin istifadə zamanı qüvvəyə minir və 1 il müddəti ərzində etibarlı hesab edilir. Gündəlik tələbat krediti üzrə sığorta şəhadətnaməsi kredit müqaviləsi ilə eyni zamanda qüvvəyə minir və 1 il müddəti ərzində etibarlı hesab edilir. Sığorta məhsulu üzr şərtsiz gözləmə müddəti 2 ay müəyyən olunmuşdur. Şərtsiz gözləmə müddəti yuxarıda göstərilən hallar nəticəsində sığorta hadisəsinin baş verməsi tarixindən etibarən günlərlə hesablanan və heç bir sığorta ödənişinin həyata keçirilməməsini nəzərdə tutan müddətdir. Sığorta hadisəsi baş verən haldan sonrakı çəkilən kredit xəttinə və ya borcuna təminat verilmir. Sınaq müddətini keçməyən işçilər tərəfindən götürülən kreditlərə təminat verilmir. Sığorta ödənişinin təyin olunması üçün sığortalının işlədiyi müəssisə üzrə minimum 6 ay iş stajı tələb olunur. Sığorta çərçivəsində aylıq ödənişin gecikdirilməsi ilə bağlı cərimələr və dəbbə pulu üzrə ödəniş edilmir. İşsizlik sığortası üzrə detallı məlumat əldə etmək və müraciət üçün sizə ən yaxın Kapital Bank filialına yaxınlaşaraq müraciət etməyiniz kifayətdir.