Korporativ Sosial Məsuliyyət

Kapital bank bankçılıq sahəsinin bir çox istiqamətlərini əhatə etməklə, ölkə əhalisinin böyük bir hissəsinə və fərqli sosial təbəqədən olan insanlara xidmət edir. Eyni zamanda da əhəmiyyətli dövlət və infrastruktur layihələrinin maliyyələşməsini həyata keçirir. Kapital bankın missiyası cəmiyyətə töhfə vermək, onun inkişafında paya sahib olmaq, ölkəmizin gələcək rifahı və sağlam iqtisadi mühitin formalaşması üçün çalışmaqdır. Belə iri miqyaslı fəaliyyət bankın müştəriləri və həmçinin də öz əməkdaşları qarşısında üzərinə götürdüyü məsuliyyəti qat-qat artırır. Bankın xarici korporativ sosial məsuliyyət sahəsinə bir neçə istiqamət daxildir:

“Yaşa” Təqaüdçülər mərkəzi

Təqaüd yaşına çatmış insanlar üçün həyat keyfiyyətinin artırılması və inkluzivlik – “Yaşa” Təqaüdçülər mərkəzi

Təqaüdçülər Kapital Bank müştəriləri arasında böyük bir seqment təşkil edir. Lakin bir çox araşdırma və sorğular göstərir ki, həyatının bu mərhələsinə çatan insanların əhvali-ruhiyyəsi, psixoloji vəziyyəti və həyat keyfiyyəti əvvəlki kimi olmur. Bir çox təqaüdçülərə bu istiqamətlərdə dəstək göstərilməsinə ehtiyac vardır. Məhz elə bu səbəbdən 2018-ci ildə  “Üçüncü Bahar” İctimai Birliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığa başladıq. Bu əməkdaşlığın nəticəsi olaraq  təqaüdçülərin asudə vaxtının daha keyfiyyətli və səmərəli təşkili üçün Bakıda ilk “YAŞA” Mərkəzini yaratdıq. Bu gün artıq təkcə Bakı deyil, həmçinin də Mingəçevir, Şamaxı şəhərlərində “Yaşa” Mərkəzinin filialları fəaliyyət göstərir.

“Yaşa” Mərkəzlərinin əsas məqsədi yaşlı insanların mental və fiziki sağlamlığını qorumaqla, həyat keyfiyyətlərinin və inkluzivliyin artırılmasıdır. Mərkəzlərdə fəaliyyət istiqamətləri üzrə gündəlik təlim-tədris proqramları, seminarlar, idman dərsləri, müxtəlif mövzularda silsilə görüşlər təşkil olunur.

Bu əməkdaşlıq çərçivəsində təqaüdçülər bankımızda xüsusi təcrübə proqramında da iştirak ediblər. Bu təcrübə proqramının başlıca məqsədi, gənclərlə yanaşı təqaüdçülərin də müştərilərə xidmət göstərilməsi, ən əsası isə təqaüd yaşında olan müştərilərimizə özəl qayğının nümayişi idi. Beləliklə, yaşlı nəsil insanlarda maliyyə xidmətlərinin əlçatan və asan olmağını təşviq etməklə, bank xidmətlərinin inkluzivliyini artırdıq.

Ümumilikdə isə, “Yaşa” Mərkəzlərində hər həftə 150-200 nəfər yaşlı insan aşağıdakı istiqamətlər üzrə müxtəlif xidmətindən istifadə edir.

  • Maarifləndirmə
    1. Maliyyə savadlılığı təlimləri
    2. Pensiya kartlarından istifadə qaydaları
    3. Nağdsız hesablaşmalar
    4. ATM, ödəniş terminalları, mobil bankçılıqdan istifadə
    5. Müasir informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadənin təşviqi
    6. Kompüter bilikləri
    7. Dil bilikləri
    8. Emosional intellekt
  • Sağlamlıq
    1. Fiziki, mental sağlamlığın qorunması
    2. Tibb işçiləri ilə maarifləndirici görüşlər
    3. Psixoloji dəstək
    4. İdman və yoqa dərsləri
  • Yaradıcılıq
    1. Bədii və yaradıcı fəaliyyətin stimullaşdırılması
    2. Ədəbi yaradıcılıq gecələri
    3. İctimai xadimlərlə görüşlər
    4. Yaşlılardan ibarət “Bahar ahəngi” xor qrupu
    5. Yaşlılardan ibarət teatr truppası
    6. Müxtəlif növ yaradıcılıq dərnəkləri (qurama, toxuculuq, vitraj, rəsm və s.)
  • Sosial sahibkarlıq
    1. Büdcələmə
    2. Kiçik bizneslərin yaradılması
    3. Brendin formalaşdırılması
    4. Satış bacarıqlarının yaradılması
    5. Fəaliyyət dövrü ərzində 10 000 nəfərdən artıq yaşlı insan müxtəlif tədbirlərdə iştirak edib. Həmçinin il ərzində Kapital Bank-ın dəstəyi ilə müxtəlif tədbirlər və təlimlər təşkil edilir.

Обновлено: 01.12.2023