Korporativ Sosial Məsuliyyət

Kapital bank bankçılıq sahəsinin bir çox istiqamətlərini əhatə etməklə, ölkə əhalisinin böyük bir hissəsinə və fərqli sosial təbəqədən olan insanlara xidmət edir. Eyni zamanda da əhəmiyyətli dövlət və infrastruktur layihələrinin maliyyələşməsini həyata keçirir. Kapital bankın missiyası cəmiyyətə töhfə vermək, onun inkişafında paya sahib olmaq, ölkəmizin gələcək rifahı və sağlam iqtisadi mühitin formalaşması üçün çalışmaqdır. Belə iri miqyaslı fəaliyyət bankın müştəriləri və həmçinin də öz əməkdaşları qarşısında üzərinə götürdüyü məsuliyyəti qat-qat artırır. Bankın xarici korporativ sosial məsuliyyət sahəsinə bir neçə istiqamət daxildir:

Təhsil layihələri

Təhsil layihələri

Biz düşünürük ki, ölkədə maliyyə sektorunun dayanıqlı inkişafı mütləq qaydada bu sahədə perspektiv kadrların inkişafından başlayır. Bu səbəbdən artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bir sıra layihələrində maliyyə partnyoru qismində çıxış edirik. Beynəlxalq Fənn Olimpiadası, Respublika Fənn Olimpiadası, Təhsil sərgisi, şagirdlərdə yumşaq bacarıqların və tədris proqramına əlavə olaraq yeni bilik və bacarıqların inkişafı üçün yay aylarını əhatə edən Təhsil avtobusu və digər bu kimi layihələrin adını qeyd etmək olar.

Bundan başqa Kapital bank bir sıra ali məktəblərlə də birgə layihələr həyata keçirir. ADA Universiteti, İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetini misal çəkmək olar. Adları qeyd edilən ali məktəblərdə mütəmadi olaraq “Karyera Günləri”, müxtəlif təlimlər, konfranslar, təcrübə proqramları keçirilir, tələbələr Kapital Bank-da yaradılan təcrübə proqramlarına cəlb edilir. Təcrübə proqramlarında yüksək nəticə əldə edən tələbələr daha sonra işlə təmin olunurlar.

 

Bir neçə ali məktəbdə Kapital Bank tərəfindən təchiz olunan xüsusi otaqlar var. Bu otaqlarda tələbələr müxtəlif təlimlərdə və bank proqramının inteqrasiya olunan pilot versiyalarında işləyə bilirlər. 

 

Bir neçə ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri arasında “Bir İdeyam Var” layihəsi keçirilir. Layihə çərçivəsində qalib gələn 3 komanda xüsusi sertifikat və pul mükafatı ilə təltif olunur, həmçinin ölkə üzrə ən çox sayda əməkdaşı olan Kapital Bank-da təcrübə proqramı keçmək şansı qazanır.

 

Ölkədə İT mütəxəssislərin yetişdirilməsi istiqamətində də Kapital Bank bir sıra layihələr həyata keçirir. “BirCode Camp” layihəsi çərçivəsində iştirakçılar Front-end, Back-end, IOS və Android development sahələri üzrə bilik və təcrübə qazanırlar, işlə təmin olunurlar.

ksm
ksm
ksm
ksm
ksm
ksm
ksm
ksm
ksm
ksm

Обновлено: 28.02.2023