Korporativ Sosial Məsuliyyət

Kapital bank bankçılıq sahəsinin bir çox istiqamətlərini əhatə etməklə, ölkə əhalisinin böyük bir hissəsinə və fərqli sosial təbəqədən olan insanlara xidmət edir. Eyni zamanda da əhəmiyyətli dövlət və infrastruktur layihələrinin maliyyələşməsini həyata keçirir. Kapital bankın missiyası cəmiyyətə töhfə vermək, onun inkişafında paya sahib olmaq, ölkəmizin gələcək rifahı və sağlam iqtisadi mühitin formalaşması üçün çalışmaqdır. Belə iri miqyaslı fəaliyyət bankın müştəriləri və həmçinin də öz əməkdaşları qarşısında üzərinə götürdüyü məsuliyyəti qat-qat artırır. Bankın xarici korporativ sosial məsuliyyət sahəsinə bir neçə istiqamət daxildir:

Qırmızı Ürəklər Fondu

Qırmızı Ürəklər Fondu

“Red Hearts” 2020-ci ilin əvvəlində Kapital Bank-ın əməkdaşlarından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. Çox qısa müddət ərzində cəmi 49 nəfərdən ibarət olan təşəbbüs qrupu yardımsevər, xeyriyyəçi insanları ərtafına toplayaraq üzvlərinin sayını 200 nəfərə çatdırdı. Öz xeyriyyə təşəbbüsünü bütün ölkəyə yayan “Red Hearts” komandası Vətən müharibəsində iştirak edən əsgər, qazi, şəhid ailələrinə və övladlarına davamlı olaraq maddi və mənəvi yardım göstərdi. Qrupun üzvləri “COVID-19” virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində, eləcə də bayramlarda, xüsusi günlərdə minlərlə ailəyə dəstək əllərini uzatdılar.

Bunun nəticəsi olaraq xeyli böyüyən təşəbbüs qrupu 2020-ci ilin dekabr ayının 15-də “Red Hearts” Fondu olaraq rəsmi şəkildə qeydiyyata alındı. Hazırda ölkəmizin vətəndaşları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da cəmiyyətimizin ən çox dəstəyə ehtiyacı olan üzvlərinə yardım etmək üçün Fonda müraciət edir, onun fəal üzvlərinə çevrilirlər.

“Qırmızı ürəklər” fondunun əsas fəaliyyət istiqamətləri:

  • Cəmiyyət
    1. Təhsil, təlim və maarifləndirmə tədbirlərinin keçirilməsi;
    2. Həssas qrupdan olan uşaqlar üçün müxtəlif sosial fəaliyyətlərin keçirilməsi;
    3. Bayramlarda aztəminatlı ailələrə bayram sovqatlarının paylanması; 
    4. Həssas qrupdan olan insanlar üçün sosial aksiyaların keçirilməsi.
  • Heyvanlar
    1. Sığınacaqlarda yaşayan heyvanlar üçün yem tədarüklərinə dəstəyin göstərilməsi;
    2. Sığınacaq heyvanlarının reablitasiyası və müalicəsi;
    3. Küçə heyvanları ilə davranış qaydaları haqqında əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif aksiyaların həyata keçirilməsi;
    4. Heyvan haqlarının müdafiəsi mövzusunda əhalinin maarifləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi
  • Ətraf mühit
    1. Ətraf mühitin mühafizəsi sahəsində müxtəlif maarifləndirmə aksiyalarının təşkili;
    2. Çay, meşə, dağ, dəniz, göl və şəhərətrafı ərazilərdə müxtəlif təmizlik aksiyalarının təşkili;
    3. Ölkənin müxtəlif şəhər və rayonlarında kütləvi ağacəkmə aksiyalarının keçirilməsi;

Fondun layihələri və faəliyyəti barədə məlumat əldə emtək və həmçinin ianə üçün redhearts.az saytına müraciət edə bilərsiz.

ksm
ksm
ksm
ksm
ksm
ksm
ksm
ksm
ksm
ksm

Обновлено: 28.02.2023