Birbank kartları ilə bağlı dəyişiklik


1 iyul 2025-ci il tarixindən etibarən Kapital Bank-a məxsus debet və kredit kartlarından kredit limitindən əlavə şəxsi vəsait üzrə istifadə zamanı tətbiq edilən komissiyalarda dəyişiklik ediləcək. Belə ki, müştərilər Birbank kartları üzrə təyin edilmiş aylıq 5000 AZN limiti keçdikdə banka məxsus bankomatlarda nağdlaşdırma və yerli bank kartlarına köçürmə əməliyyatları üçün 1% komissiya hesablanacaq. 

Qeyd edək ki, dəyişiklik əməkhaqqı, təqaüd və pensiya kartlarından edilən əməliyyatlara aid deyil.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.