Birbank-da m10 QR ödənişləri 3% keşbek qazandırır!

Paylaş:

2023-11-01

İndi m10 ödənişlərinin mümkün olduğu partnyorlarda ödənişini Birbank-dakı “QR” bölməsindən asanlıqla edə bilərsən. Bütün m10 partnyorlarında “QR ilə ödə” stikerini görəcəksən və bu partnyorlarda Birbank-la QR ödənişi etdikdə 3% keşbek sənin olacaq!

 Necə? 

Birbank-da keşbek kateqoriyaları arasından “Birbank-la m10 QR-nı çək və ödə! 3%” kateqoriyasını seç, ödənişi QR-la et və 3% keşbek qazan.

Bəs Birbank-la QR ödənişini necə etmək olar?

1. Əvvəlcə ödəniş nöqtəsində “QR ilə ödə” stikerinin olduğundan əmin ol. QR ödənişinin keçərli olduğu ödəniş nöqtələrinə buradan baxa bilərsən.
2. Ödəniş zamanı kassirə məbləği QR kodu ilə ödəyəcəyini bildir. Əgər kassada “m10 ilə ödəniş etmək istəyirsiniz?” sualı verilərsə, rahatlıqla “bəli” deyə bilərsən. Çünki Birbank-dakı QR ödənişləri m10 partnyorlarında keçərlidir.
3. Birbank-ın əsas səhifəsinin aşağı hissəsində yerləşən “QR” bölməsinə keçid et.
4. Kassirin təqdim etdiyi m10 QR kodunu Birbank ilə çəkib ödənişi tamamla.

Qaydalar və şərtlər:

- Yalnız qeyd olunan kartlarla QR ödənişləri etdikdə keşbek qazana bilərsən:

  • BirKart Black (debet)
  • BirKart EDV (debet)
  • Birbank Cashback (debet və taksit)
  • Birbank Infinite Cashback (debet və taksit)
  • Birbank Platinum Cashback (debet və taksit)
     

- QR ödənişi etdikdə keşbek kateqoriyası, aktiv kampaniya və ya Birbank kartı partnyoru tərəfindən verilən keşbek faizlərini müqayisə edirik. Daha sonra aralarından ən yüksək faiz üzrə keşbek hesablayırıq.


Nümunə:

Deyək ki, keşbek kateqoriyası olaraq “Birbank-la m10 QR-nı çək və ödə! 3%” və “Marketlər 2%” kateqoriyalarını seçmisən. Bu zaman “QR ilə ödə” stikeri olan marketdə Birbank-la QR ödənişi etdikdə 3% keşbek qazanacaqsan.
 

Məhsulun geri qaytarılması:

Əldə etdiyin məhsulu geri qaytarmaq istədikdə qeyd olunan ardıcıllığı izləyərək ödəniş məbləğini geri ala bilərsən:

1.    Alış-veriş etdiyin partnyor məntəqəsinə yaxınlaşıb məhsulu geri qaytarmaq istədiyini və alış zamanı QR ilə ödəniş etdiyini bildir.
2.    Kassirin təqdim etdiyi QR kodunu Birbank tətbiqi ilə çəkərək prosesi tamamla.

Qeyd:

Ödənişin geri qaytarılması zamanı QR kodu Birbank-la deyil, başqa tətbiqlə və ya başqasına aid Birbank tətbiqində oxudularsa, məbləğ geri qaytarılmayacaq.