KREDİTİN MƏBLƏĞİ

20 000 AZN-dən 70 000 AZN-dək

KREDİTİN MÜDDƏTİ

7 ilədək

İLLİK FAİZ DƏRƏCƏSİ

18%-dən başlayaraq

Tələblər

Təminat kimi qoyulacaq əmlak fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi (obyekt) ola bilər.

Təminat qoyulacaq daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir.

Kredit məbləği daşınmaz əmlakın maksimal 65% həcmində veriləcək (məs. Dəyəri 100 000 AZN olarsa maksimal 65 000 AZN kredit veriləcək).

Girov (ipoteka) predmeti Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur

Təminat qoyulacaq Daşınmaz əmlak borcalanın və ya onun birinci xətt (ana,ata,bacı,qardaş,əri/arvadı,övladları, nənə və baba) qohumuna (paylı mülkiyyətə icazə verilmir) məxsus ola bilər.

Daşınmaz əmlak əmlak sığortası üzrə sığortalanacaq.

İş stajı minimal 6 ay

Yaş min-22, maks - 65 (kişi), 62 (qadın)

Kredit Kapital Bank, eyni zamanda istənilən digər bankın əmək haqqı və pensiya kartı sahiblərinə verilə bilər

Sənədlər

Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.

Hərbiçi olduğu halda hərbi vəsiqə və şəxsiyyət vəsiqəsi (Hərbiçilər üzrə digər tələb edilən sənədlər İstehlak kreditləşməsi şərtlərinə uyğun)

Girov götürüləcək daşınmaz əmlak sahibinin şəxsiyyət vəsiqəsi, daşınmaz əmlakın çıxarışı, texniki pasportu. (Girovqoyan şərtlərdə qeyd olunmuş digər şəxs olarsa, borcalanla qohumluq əlaqəsini təsdiq edən sənəd)

Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)

Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)

Daşınmaz Əmlak Təminatlı Kredit ilə banka ev girov qoymaqla kredit əldə edin. Təminat olaraq qoyulacaq daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir. Kapital Bank və eyni zamanda digər bankın əmək haqqı və pensiya kartı sahiblərinə verilən kredit üçün girov kimi qoyulacaq əmlak fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi (obyekt) ola bilər. Girov krediti əldə etmək üçün təminat olaraq təqdim edilən daşınmaz əmlak Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur. Banka girov olaraq qoyulacaq əmlak əmlak sığortası üzrə sığortalanır. Maksimum 70 000 AZN-dək təklif edilən Daşınmaz Əmlak Təminatlı Kredit məhsulunu əldə etmək üçün online kredit sifarişi xidmətindən yararlanın. Online sifariş etmək üçün müraciət formasını doldurmağınız kifayətdir.