Kredit kalkulyatoru
Kapital Bank kredit kalkulyatoru ilə kredit ödənişlərinizi və faiz dərəcələrinizi hesablayın. Kredit hesablama kalkulyatoru vasitəsi ilə gündəlik tələbat krediti, mikro kredit, ipoteka krediti faiz dərəcələrini hesablayaraq sizə uyğun kredit üçün müraciət edin!
- 300 AZN-dən 30 000 AZN-dək KREDİTİN MƏBLƏĞİ
- min. 3 ay - maks. 59 ay KREDİTİN MÜDDƏTİ
- 13%-dən başlayaraq İLLİK FAİZ DƏRƏCƏSİ
Krediti onlayn dərhal əldə edin!
- Krediti Kapital Bank və ya digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər
- Yaş həddi 18-70-dir
- Staj tələbi: son iş yerində staj – 3 ay, əməkhaqqı/pensiya kartı Kapital Banka məxsus olmayan müştərilər üzrə əlavə olaraq ümumi iş stajı – 6 ay. Təqaüdçülər üzrə belə bir tələb yoxdur.
- Xüsusi hallarda zamin tələb edilə bilər
- Digər banklarda krediti olanlara da kredit verilə bilər
- Rəsmi gəliri olan şəxslər
- Şəxsiyyət vəsiqəsi (Hərbçilər üçün əlavə olaraq hərbi vəsiqə)
Kapital Bank online kredit kalkulyator xidməti ilə kreditləri hesablaya, kredit ödənişləri və faiz dərəcələri arasında müqayisə apara bilərsiniz. Kredit Kalkulyatorunun istifadə qaydası olduqca asandır. İllik kredit faizinin hesablanmasi üçün gündəlik tələbat krediti, təminatlı manat krediti, əmanət təminatlı kredit, ipoteka krediti məhsulları arasından ehtiyaclarınıza uyğun krediti seçdikdən sonra kredit müddətini və əldə etmək istədiyiniz kredit məbləğini qeyd etməyiniz kifayətdir. Bank faizləri kredit hesablamasında əsas elementlərdən biridir. Faiz dərəcəsi birbaşa aylıq ödənişlərinizə və ümumi ödəmə məbləğinizə təsir göstərir. Ödəmə müddəti kredit faiz dərəcəsinə təsir edir. Kreditinizin müddəti qısa olarsa, faiz dərəcəniz də aşağı olacaq. Kredit əldə etmək üçün müraciət etməzdən əvvəl kreditlə əlaqədar bütün lazımi məlumatları əldə etmək maliyyə vəziyyətinizi daha yaxşı idarə etməyə kömək edəcək. Buna görə kredit kalkulyatoru, ödəniş edəcəyiniz müddət ərzindəki xərclərinizi planlamağa kömək edəcək.