Necə etməli?
Əməliyyat apararkən aşağıda göstərilən sənədlərdən istifadə etmək olar:
1. Şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
2. Pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün);
3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi;
4. Hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün);
5. Hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;
6. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet;
7. Qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).
Bu məlumat Sizin üçün faydalı idi?
- Köçürülən məbləği 5-10 dəqiqədən sonra almaq mümkündür.
Pul köçürmələri haqqında
Bu məlumat Sizin üçün faydalı idi?
- Ödənişin düzəlişi və ləğvi yalnız əməliyyat aparan filialda və köçürülmə sistemdə alınmadıqda mümkündür.