Necə etməli?

Balansımı necə öyrənə bilərəm?
  • Birbank tətbiqinə daxil olaraq;
  • SMS Banking xidmətini aktiv edərək;
  • Kapital Banka məxsus ATM-ə daxil edərək;
  • 196 Əlaqə Mərkəzinə qeydiyyatda olan nömrədən müraciət edən zaman müvafiq seçimi edib balans haqqında məlumat əldə edə bilərsiniz.

Bu məlumat Sizin üçün faydalı idi?

Niyə balansımda mənfi var?

Kart hesabında balansın olmasına baxmayaraq, ödəniş ediləndə vəsait həmin vaxt balansdan silinmir. Daha sonra əməliyyat təsdiqlənərək balansdan çıxılır və bu zaman mənfi yaranır. Təsdiqlənmə əməliyyatı, ödəniş edilən xidmətdən asılıdır.

  • Əgər kredit borcunuz mövcuddursa;
  • Limitdən artıq nağdlaşdırma və köçürmə edilmişdirsə;
  • Xarici valyutada ödənişlər zamanı yaranmış məzənnə fərqi yaranmışdırsa;
  • Artıq köçürülmüş vəsait istifadəsindən sonra məbləğin geri çəkilməsi varsa;
  • Filial və şöbədən nağdlaşdırma edərkən kart hesabı müvəqqəti bağlanılmasa ( vəsaitin təkrar istifadəsi);
  • Məhsul şərtlərinə əsasən (kartda olan xidmətdən istifadə edilir və balansda vəsait mövcud deyildirsə xidmət məbləği qədər balans mənfiyə enir) kart balansında mənfi yarana bilər.

Bu məlumat Sizin üçün faydalı idi?