3D Secure təhlükəsizlik xidmətini necə aktiv edə bilərəm?

Xidməti aşağıdakı üsullarla aktiv edə bilərsiniz:

  • Kapital Bank ATM-ləri vasitəsilə;
  • Birbank mobil tətbiqində kartı seçərək “3D Secure” bölməsindən;
  • 196 Qaynar xəttinə zəng edib səsli menyudan uyğun seçim edərək.

Bu məlumat Sizin üçün faydalı idi?

3D Secure xidmətində qeydiyyatda olan nömrəni necə dəyişə bilərəm?

Nömrəni dəyişdirmək üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

  • Kapital Bank ATM-lərindən;
  • Birbank mobil tətbiqində kartı seçərək "3D Secure" bölməsindən;
  • 196 Əlaqə Mərkəzinə zəng edərək, səsli menyudan müvafiq seçimi edərək.

Bu məlumat Sizin üçün faydalı idi?

3DS təhlükəsizlik xidməti necə bloklana bilər?

Ödəniş zamanı sizə göndərilən kodları 3 dəfə yanlış daxil etdikdə, 3DS təhlükəsizlik xidməti bloklanır.


Bu məlumat Sizin üçün faydalı idi?

3DS təhlükəsizlik xidməti bloklanarsa necə aktiv edə bilərəm?

Əgər 3D Secure xidməti bloklanıbsa, onu bərpa etmək üçün:

  1. Birbank mobil tətbiqində kartı seçərək "3D Secure" bölməsinə keçin;

  2. 196 Qaynar Xəttinə zəng edib səsli menyudan müvafiq seçimi edin.

QEYD: Həmçinin Əlaqə Mərkəzinin əməkdaşları da sizə kömək edə bilər.


Bu məlumat Sizin üçün faydalı idi?

3D Secure təhlükəsizlik xidmətini necə deaktiv edə bilərəm?

3D Secure xidmətini deaktiv etmək üçün:

  1. Birbank mobil tətbiqindən Onlayn Çata yazaraq;

  2. 196 Əlaqə Mərkəzinə müraciət edərək deaktiv edə bilərsiniz.

QEYD: 3D Secure xidməti deaktiv edildikdə ödənişlər zamanı çətinliklər yarana bilər.


Bu məlumat Sizin üçün faydalı idi?