Necə etməli?
"Yığım hesabı" məhsulu hazırda AZN və USD valyutalarında təqdim olunur.
Bu məlumat Sizin üçün faydalı idi?
“Yığım hesabı”nın açılması, artırılması, azaldılması və bağlanması həm Kapital Bank-ın filiallarında, həm də Birbank mobil tətbiqi vasitəsilə rahat şəkildə mümkündür.
Birbank tətbiqində bu əməliyyatı həyata keçirmək üçün:
Əmanətlər bölməsi > Əmanət yerləşdirin > Daha ətraflı > Yığım hesabı aç menyusuna daxil olmağınız kifayətdir.
QEYD: “Yığım hesabı”nın artırılması Birbank ödəniş terminalları vasitəsilə də mümkündür.
Necə etməli
Bu məlumat Sizin üçün faydalı idi?
Hazırda “Yığım hesabı” üzrə illik faiz dərəcələri aşağıdakı kimidir:
🔸 AZN üzrə – 7%
🔸 USD üzrə – 2.5%
Bu məlumat Sizin üçün faydalı idi?
"Yığım Hesabı" 0 AZN/USD ilə – yəni sıfır balansla açılır. Bu sizə hesabı istədiyiniz vaxt artırmaq və yığım etməyə başlamaq imkanı verir.
Bu məlumat Sizin üçün faydalı idi?
“Yığım hesabı” üzrə vəsaitin azaldılması və ya çıxarılması istənilən zaman mümkündür.
🔸 Minimum azaldıla bilən məbləğ: 0.01 AZN/USD;
🔸 Vəsaitin azaldılması üçün minimal və ya maksimal limit tətbiq olunmur;
🔸 Vaxtından əvvəl çıxarışlara görə faiz itirilməsi və ya cərimə tətbiq edilmir.
QEYD: Əgər vəsaitin azaldılması Birbank vasitəsilə həyata keçirilirsə, məbləğ seçilmiş karta köçürülür və bu zaman kartın cari tarifinə uyğun olaraq mədaxil aparılır.
Bu məlumat Sizin üçün faydalı idi?
“Yığım hesabı” məhsulundan yalnız 18 və 18 yaşdan yuxarı olan müştərilər yararlana bilər.