Necə etməli?
Kapital Bank depozitləri Sizin ehtiyaclarına uyğun müxtəlif seçimlər təklif edir. İstər manatla, istərsə də xarici valyutada, faizləri aylıq və ya müddət sonunda əldə edə, vəsaiti isə istəyə uyğun azalda və ya artıra bilərsiniz.
Təklif olunan depozit növləri:
Depozit haqqında
Bu məlumat Sizin üçün faydalı idi?
Avtomatik prolonqasiya – əmanətinizin müddəti bitdikdən sonra, Siz onu geri götürmədikdə, Bank tərəfindən eyni şərtlərlə və ya həmin dövr üçün qüvvədə olan yeni şərtlərlə avtomatik olaraq yenidən yerləşdirilməsidir.
QEYD: Əvvəlki müddətə hesablanmış faizlər yeni əmanət məbləğinə əlavə olunmur.
Bu məlumat Sizin üçün faydalı idi?
- Kapital depoziti üçün minimum məbləğ – 500 AZN/USD;
- Müddətsiz depozit üçün minimum məbləğ – 100 AZN/USD.
Bu məlumat Sizin üçün faydalı idi?
Əgər depozitin müddəti bitdikdən sonra əmanətinizi götürməsəniz, əmanət avtomatik olaraq uzadılır.
- Eyni şərtlərlə – Əgər əvvəlki dövrün faiz dərəcəsi və şərtləri hələ də keçərlidirsə, eyni şərtlərlə uzadılacaq;
- Yeni şərtlərlə – Əgər şərtlərdə dəyişiklik olarsa, Bankın müəyyən etdiyi yeni şərtlərlə uzadılacaq.
QEYD: Hesablanmış faizlər əmanət məbləğinizin üzərinə əlavə olunmur.
Bu məlumat Sizin üçün faydalı idi?
Kapital depoziti üzrə:
- Vaxtından əvvəl (yəni depozitin müqavilə ilə müəyyən edilən müddətindən əvvəl) çıxarılan əmanətlər üzrə faizlər AZN-də illik 1% ilə ödənilir;
- Xarici valyutada (USD) faiz ödənilmir;
- Azaldılan hissə minimum 100 AZN/USD-dir;
- Kapital əmanəti 500 AZN/USD qalanadək azaldıla bilər;
- 30 təqvim günündən tez çıxarılan AZN əmanətlərə faiz ödənilmir.
Müddətsiz depozit üzrə:
- Azaldılan hissə minimum 100 AZN/USD-dir;
- Əmanət minimum 100 AZN/USD qalanadək azaldıla bilər.
Bu məlumat Sizin üçün faydalı idi?
Depozit seyfi, qiymətli zinət əşyalarınızı, qiymətli kağızlarınızı, pulunuzu və digər əşyalarınızı qorumaq və təhlükəsizliyini təmin etmək üçün təklif olunan xüsusi qutulardır. Bu, qiymətli əşyalarınızı saxlamaq üçün ən təhlükəsiz və əlverişli yoldur.
İmkanlar və üstünlüklər:
- Təhlükəsizlik;
- Məxfilik;
- Aşağı qiymət.
Depozit seyfi haqqında
Bu məlumat Sizin üçün faydalı idi?
Depozit seyfini Kapital Bankın aşağıdakı filiallarından icarəyə götürə bilərsiniz:
- Mərkəz filialı;
- Gənclik filialı;
- Səbail filialı;
- Gəncə filialı.
Bu məlumat Sizin üçün faydalı idi?
Depozit hesabını açmaq üçün ən yaxın filiala yaxınlaşaraq müraciət edə bilərsiniz.