Necə etməli?
- Taksit: Partnyor mağazalarda ödəniş məbləği faizsiz şəkildə aylara bölünür;
- Birdəfəlik: İstənilən yerdə birbaşa ödəniş mümkündür;
- Ninja təklif: Qeyri-partnyor mağaza və ya saytda ödəniş etdikdə sizə təsadüfi olaraq taksit təklifi göndərilir. Təklifi qəbul etdikdə ödəniş məbləğini aylara bölə bilərsiniz.
Bu məlumat Sizin üçün faydalı idi?
“Taksit” əməliyyatı — partnyor mağazada etdiyiniz alış-verişin məbləğinin faizsiz olaraq aylara bölünməsidir.
Məsələn: 1200 AZN xərclədikdə məbləği 6 aya bölərək hər ay 200 AZN ödəyə bilərsiniz.
Ödənişlər alış-veriş ayı başa çatdıqdan sonra, hər ayın 1-dən 10-na qədər həyata keçirilməlidir.
Bu məlumat Sizin üçün faydalı idi?
“Birdəfəlik ödəniş” — partnyor və ya qeyri-partnyor mağazada etdiyiniz xərcləməni bir dəfəlik ödəməkdir. Bu zaman sizə 63 günədək faizsiz güzəşt müddəti təqdim olunur.
Məsələn:
01.09.2023 tarixində etdiyiniz xərcləməni, növbəti ayın son gününədək (yəni 31.10.2023) faizsiz şəkildə ödəyə bilərsiniz.
Eyni qayda 08.09.2023 və digər tarixlər üçün də keçərlidir — əsas şərt: növbəti ayın son gününədək ödənişi tamamlamaqdır.
Əgər son ödəniş tarixi qeyri-iş gününə düşərsə, növbəti iş gününədək ödəmək mümkündür.
Bu məlumat Sizin üçün faydalı idi?
“Ninja təklifi” — partnyor olmayan mağaza və ya saytda taksit kartı ilə etdiyiniz ödənişi komissiya qarşılığında aylara bölmək imkanıdır.
Bu təklif həm ölkədaxili, həm də ölkəxarici alış-verişlər üçün keçərlidir.
Necə istifadə edə bilərəm?
- Ödənişdən sonra təklif sizə SMS ilə və ya Birbank tətbiqinin “Ninja” bölməsində göndərilir.
- Təklifi 24 saat ərzində təsdiqləməlisiniz.
- SMS vasitəsilə təsdiq etmək üçün 2149-a cavab mesajı göndərmək kifayətdir.
Komissiya məbləği:
- 2 ay – 4.5%
- 3 ay – 6%
- 6 ay – 10%
- 12 ay – 17%
Təklifin göndərilməsi üçün ödəniş məbləği aşağıdakı kimi olmalıdır:
- 40 – 199.99 ₼: 3 ay
- 200 – 599.99 ₼: 6 ay
- 600 ₼ və üzəri: 12 ay
💡Birbank mobil tətbiqində istənilən məbləği sizə uyğun olaraq 2, 3, 6 və ya 12 ay olmaqla bölə bilərsiniz.
QEYD: Təklifi təsdiqlədikdən sonra əməliyyat Birbank mobil tətbiqinin “Şəxsi kabinet” bölməsində ən gec 10 gün ərzində əks olunur. Əks olunmazsa, 196 Əlaqə Mərkəzinə və ya Onlayn Çata müraciət edə bilərsiniz.