Necə etməli?

Birbank taksit kartla necə ödəniş edə bilərəm?
  • Taksit: Partnyor mağazalarda ödəniş məbləği faizsiz şəkildə aylara bölünür;
  • Birdəfəlik: İstənilən yerdə birbaşa ödəniş mümkündür;
  • Ninja təklif: Qeyri-partnyor mağaza və ya saytda ödəniş etdikdə sizə təsadüfi olaraq taksit təklifi göndərilir. Təklifi qəbul etdikdə ödəniş məbləğini aylara bölə bilərsiniz.

Bu məlumat Sizin üçün faydalı idi?

Birbank taksit kartında “Taksit” əməliyyatı nədir?

“Taksit” əməliyyatı — partnyor mağazada etdiyiniz alış-verişin məbləğinin faizsiz olaraq aylara bölünməsidir.

Məsələn: 1200 AZN xərclədikdə məbləği 6 aya bölərək hər ay 200 AZN ödəyə bilərsiniz.
Ödənişlər alış-veriş ayı başa çatdıqdan sonra, hər ayın 1-dən 10-na qədər həyata keçirilməlidir.


Bu məlumat Sizin üçün faydalı idi?

Birbank taksit kartında “Birdəfəlik ödəniş” nədir?

“Birdəfəlik ödəniş” — partnyor və ya qeyri-partnyor mağazada etdiyiniz xərcləməni bir dəfəlik ödəməkdir. Bu zaman sizə 63 günədək faizsiz güzəşt müddəti təqdim olunur.

Məsələn:
01.09.2023 tarixində etdiyiniz xərcləməni, növbəti ayın son gününədək (yəni 31.10.2023) faizsiz şəkildə ödəyə bilərsiniz.
Eyni qayda 08.09.2023 və digər tarixlər üçün də keçərlidir — əsas şərt: növbəti ayın son gününədək ödənişi tamamlamaqdır.
Əgər son ödəniş tarixi qeyri-iş gününə düşərsə, növbəti iş gününədək ödəmək mümkündür.


Bu məlumat Sizin üçün faydalı idi?

Birbank taksit kartında “Ninja təklifi” nədir?

“Ninja təklifi” — partnyor olmayan mağaza və ya saytda taksit kartı ilə etdiyiniz ödənişi komissiya qarşılığında aylara bölmək imkanıdır.
Bu təklif həm ölkədaxili, həm də ölkəxarici alış-verişlər üçün keçərlidir.

Necə istifadə edə bilərəm?

  • Ödənişdən sonra təklif sizə SMS ilə və ya Birbank tətbiqinin “Ninja” bölməsində göndərilir.
  • Təklifi 24 saat ərzində təsdiqləməlisiniz.
  • SMS vasitəsilə təsdiq etmək üçün 2149-a cavab mesajı göndərmək kifayətdir.
     

Komissiya məbləği:

  • 2 ay – 4.5%
  • 3 ay – 6%
  • 6 ay – 10%
  • 12 ay – 17%
     

Təklifin göndərilməsi üçün ödəniş məbləği aşağıdakı kimi olmalıdır:

  • 40 – 199.99 ₼: 3 ay
  • 200 – 599.99 ₼: 6 ay
  • 600 ₼ və üzəri: 12 ay
     

💡Birbank mobil tətbiqində istənilən məbləği sizə uyğun olaraq 2, 3, 6 və ya 12 ay olmaqla bölə bilərsiniz.

QEYD:klifi təsdiqlədikdən sonra əməliyyat Birbank mobil tətbiqinin “Şəxsi kabinet” bölməsində ən gec 10 gün ərzində əks olunur. Əks olunmazsa, 196 Əlaqə Mərkəzinə və ya Onlayn Çata müraciət edə bilərsiniz.


Bu məlumat Sizin üçün faydalı idi?