Necə etməli?

Avans nədir?

Kapital Bankdan əməkhaqqı və təqaüd alan müştərilər üçün təcili xərcləri qarşılamaq məqsədilə verilən geriödənişli vəsaitdir.


Bu məlumat Sizin üçün faydalı idi?

Avans məbləği necə təyin olunur və maksimum nə qədər alına bilər?

Avans Kapital Bankın əməkhaqqı və ya təqaüdü orta aylıq gəlirə əsasən müəyyən olunur. Minimum 50, maksimum 500 AZN dəyərində təklif oluna bilər.


Bu məlumat Sizin üçün faydalı idi?

Avansın faiz dərəcəsi var?

Avansda illik faiz dərəcəsi yoxdur. Yalnız hər 50 AZN üçün 3 AZN komissiya haqqı tutulur.


Bu məlumat Sizin üçün faydalı idi?

Avansı necə əldə edə bilərəm?

Siz avansı aşağıdakı üsullarla əldə edə bilərsiniz:

  • Birbank mobil tətbiqi ilə;
  • Kapital Bank ATM-ləri ilə.

Bu məlumat Sizin üçün faydalı idi?

Avansdan istifadə etdikdən sonra borc nə zaman və necə silinir?
  • 40 gün ərzində əməkhaqqı və ya pensiya daxil olduqda borc avtomatik silinir;
  • Borc tam ödənməzsə, 40-cı günün sonunda balansdakı vəsaitlə silinir;
  • 40 gündən sonra hələ də ödənilməyibsə, hər 30 gün üçün əlavə komissiya hesablanır;
  • Yenidən avans götürmək üçün əvvəlki borc tam bağlanmalıdır.
  • Şəxsi vəsait yalnız 40-cı gün gecikmə olduqda avans borcunu silir. 
    Nümunə: Avansdan sonra 10-cu gün şəxsi vəsaitlə ödəniş etsəniz, borc silinməyəcək.

Bu məlumat Sizin üçün faydalı idi?

Avansın kredit tarixçəmə təsiri var?

Bəli, Avans məlumatları AKB və MKR sistemlərinə göndərilir, yəni kredit tarixçənizdə əksini tapır.


Bu məlumat Sizin üçün faydalı idi?

Avans borcunu vaxtından əvvəl necə bağlaya bilərəm?

Avans borcunu vaxtından əvvəl ödəmək üçün:
– CIF kodunuzu və doğum tarixinizi qeyd etməklə ödəniş edə bilərsiniz;
– Aşağıdakı kanallardan istifadə etmək mümkündür:

  • Birbank mobil tətbiqi;
  • MilliÖn terminalı;
  • Emanat terminalı;
  • Bank filialları.

Bu məlumat Sizin üçün faydalı idi?