KREDİTİN MƏBLƏĞİ

15 000 AZN-dən 100 000 AZN-dək

KREDİTİN MÜDDƏTİ

5 ilədək

İLLİK FAİZ DƏRƏCƏSİ

15%-dən başlayaraq

Tələblər

Təminat kimi qoyulacaq əmlak fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi (obyekt) ola bilər.

Təminat qoyulacaq daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir.

Kredit məbləği daşınmaz əmlakın maksimal 65% həcmində veriləcək (məs. Dəyəri 100 000 AZN olarsa maksimal 65 000 AZN kredit veriləcək).

Girov (ipoteka) predmeti Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur

Təminat qoyulacaq Daşınmaz əmlak borcalanın və ya onun birinci xətt (ana,ata,bacı,qardaş,əri/arvadı,övladları, nənə və baba) qohumuna (paylı mülkiyyətə icazə verilmir) məxsus ola bilər.

Əmlak sığortası mənzillər istina yalnız fərdi tikili və qeyri-yaşayış sahəsinə tətbiq edilir

İş stajı minimal 6 ay

Yaş min-22, maks - 65 (kişi), 62 (qadın)

Kredit Kapital Bank, eyni zamanda istənilən digər bankın əmək haqqı və pensiya kartı sahiblərinə verilə bilər

Sənədlər

Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.

Hərbiçi olduğu halda hərbi vəsiqə və şəxsiyyət vəsiqəsi (Hərbiçilər üzrə digər tələb edilən sənədlər İstehlak kreditləşməsi şərtlərinə uyğun)

Girov götürüləcək daşınmaz əmlak sahibinin şəxsiyyət vəsiqəsi, daşınmaz əmlakın çıxarışı, texniki pasportu. (Girovqoyan şərtlərdə qeyd olunmuş digər şəxs olarsa, borcalanla qohumluq əlaqəsini təsdiq edən sənəd)

Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)

Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)

Kapital Bank tərəfindən təklif edilən ev senedi ile kredit məhsulu sizə sərfəli faiz dərəcələri və ödəmə şərtlərindən yararlanaraq nağd kredit əldə etməyə imkan verir. Kupca ile kredit əldə etməyinizə şərait yaradan məhsula müracitə edərək 15 000 AZN-dən 100 000 AZN-dək nağd kredit əldə edə bilərsiniz. Kredit əldə etmək üçün banka təminat olaraq fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi kimi daşınmaz əmlak qoyula bilər. Çıxarışlı (kupca) mənzillər üçün nəzərdə tutulan bu krediti əldə etmək üçün sahib olduğunuz daşınmaz Bakı, Sumqayıt şəhərləri və ya Abşeronda yerləşməlidir. Kredit məbləği daşınmaz əmlakın maksimal 65% həcmində müəyyən olunur.(məs. Dəyəri 100 000 AZN olarsa maksimal 65 000 AZN kredit veriləcək). Ev senedi (ev kupcasi ) ile kredit əldə etmək üçün banka təminat olaraq qoyulacaq əmlak əmlak sığortası üzrə sığortalanır. Kredit üçün müəyyən edilən maksimal məbləğ 100 000 AZN-dir. Minimal 6 aylıq iş təcrübəsi ilə verilən kredit üçün istənilən digər bankın əmək haqqı və pensiya kartı sahibləri də müraciət edə bilər.

DAŞINMAZ ƏMLAK TƏMİNATLI KREDİTİ NECƏ ƏLDƏ EDƏ BİLƏRƏM?