Müddətsiz depozit

Depozitinizin müddəti barədə qərar verməkdə çətinlik çəkirsiniz? Pulunuzu Kapital Banka müddətsiz depozit hesabına yerləşdirin. Depozitinizi faiz gəlirləri ilə istədiyiniz zaman rahatlıqla çıxarın.

  • Depozitin məbləği 100 AZN/USD-dan başlayır
  • Depozitin müddəti 12 ay
  • İllik faiz dərəcəsi AZN - 1%, USD - 0.01%

Məlumatlar

  • Əmanətin müddəti - 12 ay (müddət avtomatik uzadılır)
  • Açılma müddəti 30 təqvim gününə qədər olan müqavilələr üzrə faiz ödənilmir
  • Minimal məbləğ - 100 AZN/USD
  • Faizlərin ödənilməsi - əmanət məbləği çıxarılanda

Əmanətin artırılması

Kapital Bank Ödəniş terminalları vasitəsilə əmanətin artırılması həyata keçirilməsi

Kapital Bank-ın ödəniş terminalında “Bank xidmətini seçin” menyusu seçilir

1

Bank xidmətlərindən “Əmanətin artırılması” xidməti seçilir

2

Ödəyənin FİN kodu və əmanətin CİF-i daxil edilir

3

Əmanəti artırmaq istədiyiniz müvafiq müqavilə nömrəsi seçilir

4

Məlumatların doğruluğu yoxlanılır

5

Vəsait terminala daxil edilir və ödəniş təsdiq edilir

6

Bank depozitləri nağd pulunuzu idarə etməkdə ən yaxşı vasitədir. Bu məhsul pulunuzu faiz risklərindən qoruyaraq etibarlı şəkildə dəyər əldə etmənizə imkan yaradır. Depozit hesabı, investisiya qoyma yolunuzda ilk addım sayılır. Müddətsiz depozit məhsulu köməyi ilə siz pulunuzu vaxt məhdudiyyəti olmadan depozit hesablarına yatıra bilərsiniz. Depozitlər üçün minimal olaraq 12 ay təyin edilən müddət, vaxt bitimində avtomatik olaraq uzadılır. Müddət bitdikdən sonra ertəsi gün əmanətçi depozitin qaytarılmasını tələb etmədiyi təqdirdə həmin dövrdəki tarif və şərtlərdə eyni depozit şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın müəyyən etdiyi şərtlərlə uzadılır. Müddətsiz depozitlər üçün tətbiq edilən minimal məbləğ 100 AZN/USD olaraq müəyyən edilir. AZN və USD olmaqla iki valyutada yerləşdirilə bilən depozitlər üçün müəyyən olunan faizlər valyutaya uyğun olaraq fərqlilik göstərir. Depozitlər üçün müəyyən edilən faiz gəlirlərinin ödənişi depozit çıxarılanda edilir. Banka yerləşdirilən depozit məbləği asanlıqla artıra və ya azalda bilərsiniz. Uğurlu pul idarəsi üçün müddətsiz depozitin sahib olduğu üstünlüklərdən yararlanmaq üçün sizə ən yaxın Kapital Bank filialına müraciət etməyiniz kifayətdir.