05 Sentyabr 2010
aze   eng   rus
Bank haqqında
Fiziki şəxslər
Hüquqi şəxslər
Online ödəmələr
Müxbir Banklar
Maliyyə hesabatları
Xidmət şəbəkəsi
Xəbərlər arxivi
Sual-cavab
Əlaqə


Məzənnə            02.09.2010
Alış Satış
USD 0.8021     0.8057 
EUR 1.0230  1.0450
GBP 1.2356  1.2500 
RUR  0.0254     0.0268     



Məzənnə konvertoru
0




Fiziki şəxslər - Plastik kartlar

Ümümi məlumat

Kapital Bankın beynəlxalq plastik kartların üstünlükləri

Kapital Bank tərəfindən təklif olunan plastik kartlar:

            -
Fiziki şəxslər üçün ödəmə plastik kartlar
            - Korporativ müştərilər üçün ödəmə plastik kartlar      

Maaş kartları

"KartKöçürmə"

"8280" SMS-Banking xidməti

"SMS-Info" xidməti

"PIN-CHANGE" xidməti

Plastik kartlar üzrə xidmət haqqı tariflər

Yeni Yay Kampaniyas!

Ödəmə kartlar barədə ümümi məlumat

Ödəmə kartları iki əsas növdən ibarətdir

- debet kartları
- kredit kartları

Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində heyata keçilir.

Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir. 

Plastik ödəniş kartların istifadəsində 3 əsas istiqamət mövcuddur:

- fiziki şəxslər üşün plastik kartlar
- nümayəndəlik xərcləri üçün korporativ kartlar
- maaş kartları

Kapital Bankın beynəlxalq plastik kartların üstünlükləri

Kapital Bank tərəfindən təklif olunan plastik kartlar:

Kapital Bankdan korporativ müştərilər üçün təklif plastik kartlar edir:

Visa Business
Visa Business Gold

 
Kapital Bank MasterCard İnternational və VİSA İnternational beynəlxalq ödəniş sistemlərinin tamhüquqlu üzvüdür.

Kapital Bankın plastik kartları aşağıdaki üstünlüklərə malikdir:

- ilkin məbləğ = 0
- sığorta depozitinin məbləği = 0
- hesabda minimal qalıq = 0

Müştəri yalnız kartın xidmət haqqını ödəyir (Plastik kartlar üzrə xidmət haqqı tariflər)                                                 


Kapital Bankın plastik kartları aşağıda göstərilən imkanları verir:

- PİN kodla mühafizə olunan kartda vəsaitin etibarlı yerləşdirilməsi
- respublika ərazisində və xarici ölkələrdə xidmət və mallar üçün ödəniş etmək
- Azercell, Bakcell, beynəlxalq danışıqlar və kommunal xidmətlər üçün ödəmələr
- xaricə səfər etdikdə kartda olan vəsaiti deklarasiya etməmək
- sizin kart hesabınıza qohumlarınız, dostlarınız, yaxın adamlarınız tərəfindən əlavə qoyuluşlar etmək
- sizin ailə üzvləriniz üçün əlavə kartlar əldə etmək
- internet vasitəsilə ödəmələr etmək
- respublikada və xaricdə sutka ərzində bankomatlar vasitəsilə nağd pul almaq
- kartdan karta pul köçürmələri etmək; "Card to Card" xidməti

Beynəlxalq plastik kartı Kapital Bankın Bakı, Sumqayıt və bütün Azərbaycan ərazisində fəaliyyət göstərən xidmət nöqtələrində əldə edə bilərsiniz.

Kapital Bank tərəfindən təklif olunan plastik kartlar

Fiziki şəxslər üçün ödəmə plastik kartlar

Visa Electron və Maestro

 
- ən populyar ödəniş vasitələridir, çünki gəlirdən asılı olmayaraq, hər kəs bu kartlara sahib ola bilər. Bu debet kartı lakin on-line rejimində işləyir və kart üzrə bütün əməliyyatlar elektron avtorizasiyadan keçməlidir. Bu kartla nağd pulu respublikanın bütün bankomatlarından və xaricdə beynəlxalq bankomat sistemindən almaq və POS terminallar vasitəsilə xidmətləri ödəmək olar.





Visa Classic və MasterCard Standard

 
- bütün dünyada, üstündə Visa, MasteraCard loqotipi olan bütün ticarat nöqtələrində, bankomatlarda, real və virtual mağazalarda, poçt və telefon vasitəsilə qəbul edilən universal ödəmə alətidir. Karta həm səs (imprinter vasitəsilə) həm də elektron avtorizasiyası ilə xidmət göstərilir. Bu kart həm debet, həm kredit rejimində işləyə bilər.





Visa Gold və MasterCard Gold

 
- bunlar, yüksək səviyyəli, sahiblərinə əla keyfiyyət təmin edən prestijli kartlardır. Bu kartlar da debet və kredit rejimlərində işləyə bilər. Adi kartlardan əsas fərqli cəhəti ondan ibarətdir ki, burada siz yüksək limiti imkanı qazanırsınız və onun minimal səviyyəsi 5000 dollardan başlayır. Karta həm səs (imprinter vasitəsilə) həm də elektron avtorizasiyası ilə xidmət göstərilir.





Visa Platinum və MasterCard Platinum

 
- bu kart Gold kartın inkişafı yolunda atılmış addımdır və onun sahibinin yüksək statusunu göstərir.








Visa İnfinite

 
- Azərbaycanda ilk dəfə olaraq Kapital Bank Visa İnfinite plastik kart məhsulunun emissiyasına başlamışdır. Bu, kart məhsulları sırasında ən nüfuzlu kartdır. Visa İnfinite, unikal məhsul olaraq, sahibinə bir neçə ekskluziv üstünlük verir. Bu kartla ən gözəl imtiyazlara layıq olmaq olar. Bütün dünyada Visa İnfinite kartları sahiblərinin sayı cəmi bir neçə min nəfərdir və ona sahib olanlar arasında siyasi, mədəni və biznes elitaya aid şəxslər var.





Visa İnfinite kartının əsas üstünlükləri:

Qlobal dəstək xidməti

- İtirilən və ya oğurlanmış kartların bloklaşması
- Bankdan məlumat xarakterli bilgilərin alınması
- Xaricdə kart itirilərsə və ya oğurlanarsa dərhal nağd pul almaq imkanı
- Xaricdə kart itirilərsə və ya oğurlanarsa o, dərhal dəyişdirilir

Səyahət zamanı təcili dəstək xidməti

- Sutka ərzində telefonla məsləhət almaq imkanı və səhiyyə məsələlərində dəstək
- Telefon vasitəsilə hüququ məsələlərə dair dəstək
- Ödəmələrin təcili avtorizasiyası

Konsyerj xidmətləri

Səyahətlərin təşkili, avia biletlərin, mehmanxanaların, mədəni-kütləvi tədbirlərə biletlərin sifarişinə dair xidmətlər, sənədlərin, hədiyyələrin çatdırılması

Səyahət dövründə geniş və çoxsaylı sığortalanma imkanları

Bədbəxt hadisələrdən sığortalanma - 1 000 000 dollara qədər
Təcili tibbi yardım
Tibbi evakuasiya
Yükün və pulun itirilməsinə aid sığorta
Ölüm hadisəsi olarsa, hüquqi və tibbi ödəmələr

Kartın sahibləri Kapital Bankın VİP müştəriləri olacaqdır.

Visa Virtual
 
 - Bu kart növü yalnız internetdə istifadə edilə bilər. Visa Virtual müştərilərin elektron ticarətə inamını möhkəmləndirir, o, real və virtual mağazalarda edilən xərcləri fərqləndirmək iqtidarındadır.









Korporativ müştərilər üçün ödəmə plastik kartlar

Kapital Bank şirkət və təşkilatlar üçün plastik kartlar təklif edir. Bu kartlar vasitəsilə şirkətlər və təşkilatlar inzibati, xidməti ezamiyyət, nümayəndəlik və digər xərclərini tənzimləyəcəklər. Kartlar inzibati, ezamiyyət, nümayəndəlik və digər təsərrüfat maliyyə xərclərini optimallaşdırmaq imkanını yaradır və həmçinin şirkətin əlavə məsrəfləri üzərində effektiv nəzarəti təmin edir. 

Bu kateqoriyadan olan kartlar Visa Business və Visa Business Gold-dır. Kartlar şirkət və ya təşkilatın vahid hesabına qoşulur və hər bir üçün vahid limit təyin edilir.

Vİsa Business

 - bu kartla kiçik və orta müəssisələrdə gündəlik ödəmələr etmək mümkündür. Visa Business kartları üzrə hesablar taqdim edildikdə bank köçürmələrə dair ətraflı məlumat təqdim edir və bu, şirkət və təşkilatlara xərclərin qruplaşdırılması, vergi və digər hesabatların sadələşdirilməsinə imkan verir.





Visa Business Gold

 -
Visa Business Gold kartları analojı funksiyalara malikdir, lakin daha böyük xərclər limiti hüququna sahib olan orta yüksək vəzifəli rəhbər işçilər üçün nəzərdə tutulub. 









Maaş kartları

Kapital Bank tərəfindən korporativ müştərilərə maaş kartları təklif edilir.

Kapital Bankın maaş lahiyəsi plastik kartla maaşların vaxtında və tez bir zamanda Visa İnternational və MasterCard İnternational beynəlxalq ödəmə sistemləri  vasitəsilə verilməsi və təşkilat üçün əməyə və vaxta qənaət etmək deməkdir.

Şirkət və təşkilatların plastik kartlar vasitəsilə maaşların verilməsi aşağıdaki göstərilən imkanları verir: 

  • Təşkilatlarda nağd pul dövriyyəsini minimuma endirmək
  • İşin gedişində vaxta qənaət etmək   
  • Kassa və mühasibat prosedurları sadələşdirmək
  • Şirkətin və təşkilatın müasir imicini formalaşdırmaq
  • Maaşların verilməsini tezləşdirmək 
  • Böyük məbləğlərin daşınması ilə bağlı risklərin olmaması 
  • Ödəmələrdə məxfiliyin qorunması

Kapital Bankın maaş kartları vasitəsilə şirkət və təşkilat əməkdaşları aşağıdaki imkanları əldə edir:

  • Kassadan maaşın alınmasına ehtiyac olmadığından, vaxta qənaət etmək 
  • Şəxsi büdcənizə nəzarət etmək
  • Nağd vəsaiti istənilən zaman bankomatlardan almaq 
  • Ticarət-servis şəbəkəsində ödəmələr etmək
  • Şəxsi hesablara dair (kommunal, Azercell, Bakcell, valyuta mübadiləsi)
  • Vəsaitinizin PİN kodla mühafizə edilən etibarlı hesabda qorunması imkanını qazanmaq
"KartKöçürmə"

Xidmətin şərtləri:

  • "KartKöçürmə" proqramı müştərilərə bir plastik kart hesabından digərinə bankomat vasitəsi ilə pul köçürmələri imkanı yaradır; 
  • Proqramda Kapital Bankın kredit kartları (Visa Classic, Visa Gold, Visa Business/Business Gold, Visa Platinum, MasterCard Standard,          MasterCard Gold, MasterCard Platinum) və fərdi qaydada açılmış debet kartları (Maestro, Electron) iştirak edir; 
  • Yuxarıda göstərilən kart növlərinin sahibləri ilkin mərhələdə yalnız öz aralarında pul köçürmələri apara bilər; 
  • "KartKöçürmə" proqramı vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

    Köçürmə aparılması qaydaları:

  • "KartKöçürmə" xidmətindən istifadə etmək üçün kart sahibi, ATM-yə kartı daxil edib ekranda müvafiq menyunu ("Ödəmələr" sonra isə "Card to Card" seçir. Menyu seçildikdən sonra, kart sahibi köçürməni aparmaq istədiyi digər kartın üstündəki 16 rəqəmli nömrəsini (2 dəfə), əməliyyatın məbləğini və valyutasını daxil edib əməliyyatı təstiq edir.

    Xidmət üzrə komisyon haqları:

  • Hər bir əməliyyat üçün nəzərdə tutulan komisyon haqqı 0.1%-dir (min 0.50 AZN, USD, EVRO). Komisyon haqqı göndərən tərəfin hesabından  tutulur. Əməliyyatın vaıyutası göndərən və ya alan hesabın valyutasından fərqli olduqda əlavə olaraq konvertasiya üçün komisyon haqqı uyğun olaraq göndərən və ya alan tərəfdən tutulur (0.5%).