Əhatə dairəsi

MDB ölkələri

Xidmət məntəqəsi

60000-dən çox

Köçürmənin müddəti

5 dəqiqə

Üstünlüklər

Aşağı komissiya haqqı

Pul köçürmələri 5 dəqiqə ərzində baş verir

Azərbaycan manatı, Rus Rublu, ABŞ dolları və Avro ilə köçürmə etmək imkanı

Bir əməliyyat limiti 10000 USD olmaqla köçürmə etmək imkanı

“Zolotaya Korona” sisteminə məxsus mobil tətbiq üzərindən Kapital Bankın ödəniş kartlarına mədaxil edilməsi imkanı

Birbank vasitəsilə Kapital Bankın ödəniş kartlarına göndərilən pulların silinməsi imkanı

Tariflər

İstiqamət Komissiya
Hər hansı məbləğin konvertasiyası ilə birlikdə istənilən köçürmənin göndərilməsi, o cümlədən Rusiya Federasiyasına (kart köçürmələri istisna olmaqla) hər hansı köçürmə
0%
Azərbaycan Respublikasının ərazisində köçürmələr
300 AZN-dək (daxil olmaqla) — 1 AZN
Azərbaycan Respublikasının ərazisində köçürmələr
300 AZN-dən yuxarı — 0.3%, lakin 15 AZN-dən çox deyil
Qazaxıstan, Belarus, Qırğızıstan, Özbəkistan
0.9%
Türkiyə (30.09.25 tarixinədək aksiyalar)
0.9%
Gürcüstan (30.09.25 tarixinədək aksiyalar)
0.7%
İsrail, Rumıniya, Kipr, Serbiya
1%
Cənubi Koreya Respublikası
10$
Çinə ALIPAY vasitəsilə
Dollarla ödəniş zamanı — 10$
Çinə ALIPAY vasitəsilə
AZN ilə ödəniş zamanı — 0%
MDB ölkələrinin kartlarına
1%, konvertasiya ilə köçürmələr daxil olmaqla
DİÖ ölkələrinin kartlarına
konvertasiya olmadan — 1%
DİÖ ölkələrinin kartlarına
konvertasiya ilə — 0%

*Azərbaycan manatı ilə bütün istiqamətlərə aparılan köçürmələrə görə komissiya - 0%

"Zalatoy Karona" beynəlxalq pul köçürmə sistemi aşağı köçürmə komissiyaları ilə sürətli pul köçürmələri etməyinizə imkan tanıyır. 60 000-dən çox xidmət məntəqəsinə sahib köçürmə sistemindən istifadə edərək etibarlı və asan nağd pul köçürmələri edə bilərsiniz. Azərbaycan manatı, Rus Rublu, ABŞ dolları və Avro valyutası ilə əməliyyatlar etməyinizə imkan verən "Zalatoy Karona" pul köçürmə sistemində bir əməliyyat üçün müəyyən olunmuş maksimum məbləğ limiti 10000 USD-dir. Geniş xidmət məntəqəsinə sahib sistem sizə Rusiyaya, Gürcüstan, Qazaxıstan,Türkiyə və bir çox ölkəyə köçürmə əməliyyatları etməyinizə imkan tanıyır. Sistem vasitəsiylə pul köçürmələrinizi 5 dəqiqə içində həyata keçirə biləcəksiniz. Əməliyyatlar üçün tətbiq edilən komissiya faizləri köçürmə ediləcək istiqamətlər və köçürmə məbləğinə bağlı olaraq dəyişiklik göstərir. Azərbaycan manatı ilə bütün istiqamətlərə edilən köçürmələr üçün komissiya 0% müəyyən olunmuşdur. “Zalataya Korona” sisteminə Birbank mobil tətbiqi vasitəsi ilə ofisə yaxınlaşmadan pul köçürməsini Kapital Bank-da kart hesabınıza mədaxil etmək mümkündür. Həyata keçirdiyiniz pul köçürmələrinin vəziyyətini Birbank mobil tətbiqi və ya veb sayt vasitəsiylə yoxlaya bilərsiniz. Həmçinin siz mobil əlavə və ya sayt vasitəsiylə köçürmə alıcıya verilmədən öncə alıcının məlumatlarında dəyişiklik edə bilərsiniz. Eyni zamanda alıcı pulu alana qədər köçürməni ləğv edə bilərsiniz. Bu zaman sizin pulunuz geri qaytarılacaq.