100-qat həyat sığortası (BOX)

100-qat həyat sığortası əldə edərək bədbəxt hadisə nəticəsində ortaya çıxa biləcək risklərə qarşı həyat sığortası əldə edin.

  • Təminat ərazisi Bütün dünya
  • Sığorta müddəti 1 il 
  • Sığorta haqqı 10 AZN

Məlumatlar

Təminat:

  • Təminat 1: Bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunanın orqanizminin funksiyalarının 31-60 faiz  pozulmasına görə əlilliyin müəyyən edilməsi
  • Təminat 2: Bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunanın orqanizminin funksiyalarının 61-80 faiz  pozulmasına görə əliliyin müəyyən edilməsi
  • Təminat 3: Bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunanın orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsi
  • Təminat 4: Sığorta müddəti ərzində sığorta olunana ilkin diaqnoz qoyulmuş aşağıda qeyd olunan sağalmaz xəstəlik və vəziyyətlər: Xərçəng xəstəliyi (4 mərhələ), Leykemiya və limfoma, İnsult, Miokard infarktı, Aorto-koronar şuntlama, Böyrək çatışmazlığı, Əsas orqanların transplantasiyası, İflic
  • Sığorta məbləği:

    Təminat 1, Təminat 2 və Təminat 3 üzrə: 1000 (min) AZN
    Təminat 4 üzrə: 170 (yüz yetmiş) AZN

  • Sığorta haqqı: 10 AZN
  • Sığortalının yaş həddi: 18-66 yaş
  • Sığorta müddəti: 1 il 

Təminat ərazisi: Bütün dünya

 Kapital Bank vasitəsi ilə təklif olunan 100-qat həyat sığorta məhsulu bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunanın orqanizminin funksiyalarının 31-100 faiz  pozulmasına görə əlilliyin müəyyən edilməsi və sağalmaz xəstəliklər və vəziyyətlərdən təminat altına alır. 18-65 yaş aralığında bütün şəxslərin faydalana biləcəyi məhsul üzrə sığorta haqqı 10 (on) AZN-dir və rəsmiləşdirmə zamanı kassaya nağd şəkildə ödənilir. Qeyd olunan təminatlar üzrə sığorta ödənişi sığorta hadisəsi baş verdiyi tarixdən birdəfəlik qaydada faydalanan şəxs(lər)ə ödənilir. Sığorta haqqını ödəməsi ilə sığorta şəhadətnaməsinin şərtləri ilə tanış olduğu təsdiq edilir. Sığorta şəhadətnaməsinin şərtləri sığorta haqqının ödənildiyi tarixdən qüvvəyə minir və 1 (bir) il ərzində qüvvədə qalır