Təchizat öncəsi maliyyələşdirmə
Təchizat öncəsi maliyyələşdirmə - gələcəkdə Təchizatçıda Alıcıya qarşı yaranacaq pul tələbini nəzərə alaraq, müqavilə və ya alış sifarişi əsasında təchiz ediləcək malların və işlərin Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradan məhsuldur.
• Alıcı malları və ya xidmətləri təchizatçı ilə razılaşdırdığı şərtlər əsasında sifariş verir
• Təchizatçı müqavilə və sifarişi təsdiq edən sənədlərlə Banka müraciət edir
• Bank alış sifarişinin 80%-ni Təchizatçının hesabına mədaxil edir
• Alıcı ödənişi həyata keçirir
• Alıcı göndərilən malın dəyərinin 100%-ni Təchizatçının hesabına köçürür.
Üstünlüklər
• Alıcıdan avans ödənişi tələb etməyə ehtiyacın qalmaması
• Dövriyyə vəsaitlərini cari təxirəsalınmaz xərclərə yönəltmə imkanı
• Əvvəlcədən əldə edilmiş vəsaitlərlə daha rəqabət qabiliyyətli məhsullar təklif etmək, iş görmək və ya xidmət göstərmək imkanı
• Debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azaldılması
• Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması imkanı
• Mənfəətliliyin artırılması
Satışın maliyyələşdirilməsi məhsulunun şərtləri
Göstəricilər | Şərtlər |
---|---|
Maliyyələşdirilmə məbləği | Alış sifarişinin və ya müqavilənin 80%-nə qədər |
Faiz | AZN 14%-dən, USD 8%-dən başlayaraq |
Limit | 12 ay |
Təminat | Girovsuz |
Komissiya | 1% |
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə onlayn müraciət
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarından yararlanmaq və daha ətraflı məlumat almaq üçün Kapital bankın hər hansı filial və ya şöbəsinə müraciət edə və ya onlayn sifariş edə bilərsiniz.