DEPOZİTİN MƏBLƏĞİ

Məhdudiyyət yoxdur

DEPOZİTİN MÜDDƏTİ

12, 24 və ya 36 ay

MAKSİMAL İLLİK FAİZ DƏRƏCƏSİ

6%-dir

Faiz dərəcələri

Korporativ müştərilərə müvafiq xidmətin göstərilməsi zamanı müştərinin bəyan etdiyi məbləğ və müddətə görə faiz dərəcəsi Kapital bank tərəfindən individual müəyyən olunur.

Hesaba əlavə vəsaitlərin qəbul edilməsi, əmanətin və faizin hissə-hissə ödənilməsi, əmanət üzrə hesablanmış illik faizin məbləğinə faiz ödənilməsi (kapitalizasiya) razılaşmaya əsasən müəyyən olunur.

Sənədlər

Qeydiyyat haqqında çıxarış

Nizamnamə

Şəhadətnamə dublikat (Depozit hesabına)

İmza möhür nümunəsi

Ərizə

Biznes depozit hesabı, biznesiniz üçün gələcəkdə istifadə edə biləcəyiniz vəsaitləri saxlamaq üçün yararlanacağınız bir bank hesabıdır. Ehtiyacınız olduqda siz biznes depozit hesabınızdakı pula tez və asanlıqla daxil ola bilərsiniz. Siz, depozit hesablarına nağd pul yerləşdirərək əlavə pul qazana bilərsiniz. Kapital Bank biznes depozit hesabı üçün yüksək faiz dərəcələri müəyyənləşdirir. Depozitlər üçün təyin edilmiş illik maksimal faiz dərəcəsi 6%-dir. Korporativ müştərilər üçün faiz dərəcələri müştərinin bəyan etdiyi məbləğ və müddətə görə Kapital bank tərəfindən individual olaraq təyin olunur. Siz, bankda 12, 24 və ya 36 ay müddətinə depozit hesabı aça bilərsiniz. Biznesiniz üçün lazım olan xərcləri tez bir zamanda ödəmək üçün bu depozit hesabındakı vəsaitlərdən istifadə edə bilərsiniz. Depozit hesabınızdakı nağd pulu asanlıqla lazımlı hesablara köçürə bilərsiniz. Bank depozitləri biznesiniz üçün fövqəladə vəziyyətlər zamanı təminat təşkil edir. Mövsümü və ya biznesinizin durğunlaşması zamanı sabit xərclərinizi ödəməkdə bank depozitləri biznesinizin köməyinə çatacaq.