Satışın maliyyələşdirilməsi
Satışın maliyyələşdirilməsi - Təchizatçıların Alıcılarına qarşı olan pul tələblərinin və invoysların Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradan məhsuldur.
• Satıcı ödəniş üzrə möhlət şərti ilə Alıcıya mal göndərir
• Satıcı pul tələbini Banka güzəştə gedir və malın göndərilməsini təsdiq edən sənədlər toplusunu Banka ötürür
• Bank malın dəyərinin 90%-ə qədərini satıcıya ödəyir
• Möhlət dövrü bitdikdə Alıcı malın dəyərini Satıcıya ödəyir
Üstünlüklər
• Alıcının ödəniş etməsini gözləmədən, Biznesinizi davam etdirmək üçün lazım olan vəsaitlərə sürətli çıxış imkanı
• Debitor borcun 90%-nə qədərini dərhal əldə etmək imkanı
• Debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azaldılması
• Dövriyyənin sürətləndirilməsi
• Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması imkanı
• Mənfəətliliyin artırılması
Satışın maliyyələşdirilməsi məhsulunun şərtləri
Göstəricilər | Şərtlər |
---|---|
Maliyyələşdirilmə məbləği | İnvoysun 90%-nə qədər |
Faiz | 14%-dən başlayaraq |
Limit | 12 ay |
Müddət | 90 günə qədər |
Təminat | Girov tələb olunmur |
Komissiya | 1% |
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə onlayn müraciət
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarından yararlanmaq və daha ətraflı məlumat almaq üçün Kapital bankın hər hansı filial və ya şöbəsinə müraciət edə və ya onlayn sifariş edə bilərsiniz.