Faktorinq
Faktorinq - Hüquqi şəxs və fərdi sahibkarların Alıcılarına qarşı olan pul tələbi hüququnun Faktora (Banka) güzəşt edilməsi müqabilində, dövriyyə vəsaitlərinin Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradan məhsuldur.
• Satıcı ödəniş üzrə möhlət şərti ilə Alıcıya mal göndərir
• Satıcı pul tələbini Banka güzəştə gedir və malın göndərilməsini təsdiq edən sənədlər toplusunu Banka ötürür
• Bank Alıcıya bildiriş göndərir və malın dəyərinin 90%-ə qədərini satıcıya ödəyir
• Möhlət dövrü bitdikdə Alıcı Banka ödəniş edir
Üstünlüklər
Satıcı (Təchizatçı) üçün
• Alıcının ödəniş etməsini gözləmədən, Biznesinizi davam etdirmək üçün lazım olan vəsaitlərə sürətli çıxış imkanı
• Debitor borcun 90%-nə qədərini dərhal əldə etmək imkanı
• Debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azaldılması
• Dövriyyənin sürətləndirilməsi
• Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması imkanı
• Mənfəətliliyin artırılması
Alıcı üçün
• Ödənişi daha sonra etmək imkanı
• Əlavə risk və xərc olmadan satınalmaları artırmaq imkanı
Faktorinq məhsulunun şərtləri
Göstəricilər | Şərtlər |
---|---|
Maliyyələşdirilmə məbləği | İnvoysun 90%-nə qədər |
Faiz | 13%-dən başlayaraq |
Limit | 12 ay |
Müddət | 90 günə qədər |
Təminat | Girov tələb olunmur |
Komissiya | 0.5% |
Faktorinq məhsulunun şərtləri
Faktorinqsiz | Faktorinq ilə | |||
---|---|---|---|---|
İllik satışlar | ||||
Satışın maya dəyəri | -- | -- | ||
Ümumi gəlir | -- | -- | ||
Təchizatın tezliyi | -- | -- | ||
Təchizatların sayı | -- | -- | ||
Faktorinq | ||||
Faktorinq xərcləri | 0 | |||
Son nəticə | -- | -- |
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə onlayn müraciət
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarından yararlanmaq və daha ətraflı məlumat almaq üçün Kapital bankın hər hansı filial və ya şöbəsinə müraciət edə və ya onlayn sifariş edə bilərsiniz.