Pul köçürmələri

Pul transferi sistemləri ilə siz həm Azərbaycandan, həm də dünyanın müxtəlif ölkələrindən təhlükəsiz və ən sərfəli şəkildə pul qəbul edə bilərsiniz. Kapital Bankın təklif etdiyi aşağı komissiya faizləri ilə siz bank hesabı açmadan pul transferi həyata keçirə bilərsiniz.

Birbankla istənilən karta pul köçürün!

Artıq Birbankla telefonunuzdan istənilən bank kartına asanlıqla pul göndərə bilərsiniz.

Daha ətraflı
Xəzri

Sürətli pul köçürmə sistemi

Daha ətraflı
Zolotaya Korona

Ən qısa zamanda vəsaiti lazımı ünvana çatdırmaq üçün "Zolotaya Korona" var

Daha ətraflı
Western Union

Western Union sistemi dünyada ən iri pul köçürmə sistemi olaraq, bu sahədə liderdir.

Daha ətraflı
Kapital Bankın pul köçürmələri sistemləri ilə xaricə birdəfəlik və ya müntəzəm pul transferi edə və pul qəbul edə bilərsiniz. Kapital Bank Xəzri, Western Union və Zolotaya Korona pul köçürmə sistemlərini müştərilərinə təqdim edir. Xəzri pul sistemi ilə siz ölkədaxili pul transferlərinizi sürətli və sərfəli şəkildə həyata keçirə bilərsiniz. Bu pul köçürmə sistemi ilə pul göndərmək üçün bank hesabı açmağınıza ehtiyac yoxdur. Sadəcə sizə ən yaxın Kapital Bank filialına yaxınlaşaraq bu xidmətdən istifadə edə bilərsiniz. Western Union sistemi ilə siz dünyanın 200-dən artıq ölkəsinə pul vəsaiti göndərə və qəbul edə bilərsiniz. Siz pul köçürməsini dollar ilə və münasib komissiya faizi ilə göndərə bilərsiniz. Qeyd etmək lazımdır ki, komissiya faizi pul göndərdiyiniz ölkəyə görə dəyişiklik göstərir. Zolotaya Korona pul transferi sistemi ilə isə MDB ölkələrinə qısa müddətdə pul vəsaiti göndərə bilərsiniz. Qeyd edək ki, bu sistem ilə bir əməliyyatın limiti 10 000 USD-dir. Bundan əlavə siz göndərilən vəsaiti BirBank tətbiqi vasitəsilə öz kart hesabınıza mədaxil edə bilərsiniz.