Birbank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə


Birbank yeni kredit kampaniyasına start verir. Belə ki, 30 sentyabr tarixinədək bankdan nağd kredit alan müştərilər hər 6000 manat kredit məbəği üçün 190 manat aylıq ödəniş etmək şansı qazanırlar.

Kampaniya Birbank mobil tətbiqindən, rəqəmsal kanallardan və Kapital Bank, Birbank filiallardan rəsmiləşdirilən kreditlərə şamil edilir. Üstəlik rəqəmsal kanllardan və Birbank mobil tətbiqindən əldə edilən kreditlərə nağdlaşdırma komissiyası tətbiq edilmir. Kampaniyadan digər bankdakı kreditlərini Kapital Bank-a gətirən müştərilər də yararlana bilərlər.

Ətraflı məlumat üçün: http://b-b.az/npkr

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.