Umico.az-da 35%-dək bonus qazan!

Ödənişlərinə qənaət etmək istəyirsənsə, bol-bol bonus qazanmaq fürsətini qaçırma. Hər bir nüansı sənin üçün tək-tək qeyd etmişik. Sonadək oxu və ürəyincə faydalan.
Bonusların hesablanma qaydası
1. Alış-verişi 24 yanvardan 31 yanvaradək (hər iki tarix daxil olmaqla) etdikdə Umico.az-ın ad gününə həsr olunmuş "Ad günü, şad günü" kampaniyası ilə .20%. Umico bonusu;
2. Umico.az-da birdəfəlik ödənişi Birbank kartları ilə etdikdə, .10%. Umico bonusu;
3. Umico-da Premium abunəliyi əldə edərək aktivləşdirdikdə ay ərzində 1 sifarişə .5%. Umico bonusu.
Nümunə 1 (Birdəfəlik ödəniş etdikdə)
Tutaq ki, kampaniya müddətində Umico.az-dan 500₼ dəyərində məhsul alırsan və məbləği Birbank kartları ilə aylara bölmədən, birdəfəlik ödəyirsən. Bu zaman bonuslar aşağıdakı kimi hesablanacaq:
1. "Ad günü, şad günü" kampaniyası ilə 20% bonus: 100 Umico bonusu;
2. Birbank kartı ilə birdəfəlik ödənişdə 10% bonus: 50 Umico bonusu;
3. Umico Premium abunəliyini aktivləşdirərək bu alış-veriş üçün 5% bonusların hesablanmasını seçdikdə: 25 Umico bonusu.
Bu alış-verişdən qazanacağın toplam bonus 175 Umico bonusu olacaq.
Nümunə 2 (Taksit ödənişi etdikdə)
Tutaq ki, kampaniya müddətində Umico.az-dan 500₼ dəyərində məhsul alırsan və məbləği Birbank taksit kartı ilə aylara bölərək ödəyirsən. Bu zaman bonuslar aşağıdakı kimi hesablanacaq:
1. "Ad günü, şad günü" kampaniyası ilə 20% bonus: 100 Umico bonusu;
2. Umico Premium abunəliyini aktivləşdirərək bu alış-veriş üçün 5% bonusların hesablanmasını seçdikdə: 25 Umico bonusu.
Bu ödəniş aylara bölündüyü üçün Birbank kartı ilə ödənişlərdə hesablanan 10% bonus bu ödənişə şamil olunmayacaq. Alış-verişdən qazanacağın toplam bonus 125 Umico bonusu olacaq.
Belə fürsət az-az olur. Odur ki yararlanmağa tələs, elə indi alış-verişə başla!
Şərtlər:
- "Ad günü, şad günü" kampaniyası ilə 1 istifadəçi kampaniya müddətində maksimum 100 Umico bonusu qazana bilər. Bu kampaniya çərçivəsində həm taksit ödənişlərinə, həm də birdəfəlik ödənişlərə 20% bonuslar hesablanır.
- Birbank kartları ilə ödənişlərdə 10% bonus yalnız birdəfəlik ödənişlərə şamil olunur. Taksit əməliyyatları zamanı 10% Umico bonusu hesablanmır.
- Birbank kartları ilə ödənişlərdə 10% bonus yalnız eyniləşdirilmiş Birbank Cashback, Birbank Star, Birbank Umico və Birbank Umico Premium kartları (həm debit, həm də taksit kartları) ilə ödəniş edildikdə hesablanır.
- Bonusları qazanmaq üçün minimal əməliyyat məbləği yoxdur.
- Bir müştəri bütün Birbank kartları ilə ümumilikdə aylıq maksimum 100 Umico bonusu əldə edə bilər.
- Birbank tətbiqində "Bütün ödənişlər" kateqoriyasının seçilməsindən asılı olmayaraq, Umico.az-da Birbank kartları ilə ödənişlərə keşbek deyil, kampaniya şərtlərinə uyğun olaraq Umico bonusları hesablanacaq.
- Umico Premium abunəliyini aktivləşdirdikdə ay ərzində yalnız bir alış-verişdə 5% Umico bonusu qazanmaq mümkündür.
- Umico Premium abunəliyi ilə hesablanan 5% Umico bonusu üçün maksimal bonus məbləği 100 bonusdur.
- Həm umico.az vebsaytı, həm də Umico mobil tətbiqindən edilmiş alış-verişlərə şamil olunur.
İstifadəçinin Umico hesabı yoxdursa, Umico.az-dan alış-veriş zamanı qazanacağı bonus gözləmə rejiminə keçir. Sistem tərəfindən gün ərzində 1 dəfə istifadəçinin Umico hesabı yaradıb-yaratmaması yoxlanılır. Hesab yaradıldıqda bonuslar istifadəçiyə köçürülür.
Umico tətbiqini yüklə: