Sizə özəl əlavə keşbek təklifi!

Bu kampaniya ilə siz ay ərzində seçə biləcəyiniz iki keşbek kateqoriyasına əlavə olaraq yüksək keşbekli daha bir kateqoriyanı aktivləşdirə bilərsiniz. Sizə özəl olaraq təklif etdiyimiz əlavə keşbek kateqoriyasını seçin, Birbank Cashback kartınızla 30 gün boyunca keşbek üzərinə keşbek qazanın!
Özəl keşbek kateqoriyaları aşağıdakılardır:
- Market – 6% keşbek
- Restoran – 10% keşbek
- Yanacaqdoldurma məntəqələri – 6% keşbek
- Geyim – 8% keşbek
- Taksi – 10% keşbek
- Bütün ödənişlər – 4% keşbek
“Bütün ödənişlər” kateqoriyasında bu MCC kodları* üzrə ödənişlərə keşbek təqdim olunmayacaq: 9211, 9222, 9223, 9311, 9399, 9402, 6011, 8220, 7523, 5816, 6050, 6051, 9405, 6538, 6540, 4111, 4011, 4112, 4131, 1100, 7995, 4899, 4900, 4814, 4816
*MCC kodu — ticarət nöqtəsinin fəaliyyət növünü göstərən koddur.
Kampaniyadan necə yararlana bilərəm?
İstədiyiniz özəl keşbek kateqoriyasını aktivləşdirmək çox rahatdır. Öncə siz kampaniyaya qoşulmaqla bağlı təklif SMS-i alırsınız. Bu andan etibarən növbəti 4 gün ərzində SMS-də qeyd olunan rəqəmlərdən hər hansısa birini 2149-a SMS-lə göndərərək özəl keşbek kateqoriyasını aktivləşdirə bilərsiniz.
SMS-də yer alan kateqoriyalar və onları seçməyiniz üçün nəzərdə tutulan rəqəmlərlə aşağıdakı siyahıda tanış ola bilərsiniz:
- Market – 1
- Restoran – 2
- Yanacaq doldurma məntəqəsi – 3
- Geyim – 4
- Taksi – 5
- Bütün ödənişlər – 6
Nümunə: Əgər siz “Market” kateqoriyasını seçmək istəyirsinizsə, o zaman həmin kateqoriyanın qarşısında qeyd edilmiş “1” rəqəmini yazıb 2149-a SMS-lə göndərirsiniz. Beləcə, seçiminizin təsdiqlənməsi ilə bağlı SMS daxil olur və budur, artıq siz Birbank Cashback (BirKart) kartları ilə 30 gün boyunca etdiyiniz ödənişlərdən 6% keşbek qazanacaqsınız.
Qeyd edək ki, 2149-a göndərəcəyiniz cavab SMS-də rəqəmdən başqa hərf, işarə, boşluq və ya digər simvol olarsa, bu halda seçiminiz təsdiqlənməyəcək. Buna görə də diqqətli olmağınızı tövsiyə edirik.
Şərtlər:
- Özəl keşbek kateqoriyası üzrə təklif hansı nömrənizə gələrsə, 2149-a cavab SMS-i də həmin nömrədən göndərilməlidir;
- Cavab SMS-i 4 gün ərzində göndərilməzsə, kampaniyada iştirak hüququnuzu itirəcəksiniz;
- Seçilən özəl keşbek kateqoriyası üzrə 30 gün boyunca hər ödənişə görə keşbek qazanacaqsınız;
- Kampaniya yalnız Birbank Cashback (BirKart) kartları ilə edilən ödənişlərə şamil olunur;
- Kampaniya çərçivəsində siz maksimum 50 AZN keşbek qazana bilərsiniz. Qazanacağınız bu keşbek məbləği ay ərzində kartınızla qazanacağınız digər keşbeklər üzrə limitə əlavədir;
- Qazandığınız keşbeklər Birbank tətbiqindəki keşbek balansınıza toplanacaq;
- Məhsul və ya xidmətlər üçün etdiyiniz ödənişləri ləğv edərək məbləği geri aldıqda, qazanılan keşbeklər də balansdan silinəcək;
Keşbekiniz hər zaman bol olsun!