Kapital Bank səhmdarları üçün məlumat

Paylaş:

2022-12-22

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) Səhmdarlarının 17 noyabr 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına (Protokol № 02) əsasən cari il ərzində Bankın nizamnamə kapitalının artırılması məqsədilə, ümumi dəyəri 19.999.999.95 (on doqquz milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz manat doxsan beş qəpik) manat olmaqla, 1 614 205 (bir milyon altı yüz on dörd min iki yüz beş) ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya olunması qərara alınıb.

Qəbul olunmuş qərar əsasında qiymətli kağızların buraxılışı Azərbaycan Respublikasının Mərkəzi Bankında qeydiyyata alınmış, abunə yazılışı həyata keçirilmiş və 10 (on) gün ərzində (16 dekabr 2022-ci il tarixində) başa çatıb. Səhmlərin satış qiyməti 12.39 manat (on iki manat otuz doqquz qəpik) müəyyən olunub.

Məlumat üçün bildiririk ki, səhmlərin yerləşdirilməsi 22 dekabr 2022-ci il tarixində başlanacaq və 3 (üç) iş günü ərzində (26 dekabr 2022-ci il tarixi daxil olmaqla) başa çatacaq. İlk iki iş günü ərzində əlavə səhmləri almaqda üstünlük hüququna malik səhmdarların səhmlərin alınması üçün təqdim etdikləri sifarişlər təmin olunacaq.