Birbank miles kartları ilə bağlı dəyişiklik

Yenilənmiş Birbank Miles kart şərtləri ilə tanış olun:
1 oktyabr 2025-ci ildən etibarən Birbank Miles kartlarına aid yeniliklər qüvvəyə minəcək:
- Əvvəl 1 AZN = 1 mil idi, indi isə 2 AZN = 1 mil olacaq.
- Əvvəl aylıq limit yox idi, lakin 1 oktyabrdan etibarən aylıq limit 30.000 mil olacaq.
Nümunə:
Məsələn, əvvəl 400 AZN xərcləmə 400 mil qazandırırdı. Yeni qaydaya görə 400 AZN xərcləmə yalnız 200 mil qazandıracaq və aylıq 30.000 mil limiti qüvvədə qalacaq.